Dünya
“Məni asacaqlar” - Putinin eskalasiya planı üzə çıxdı
Rusiya prezidenti Vladimir Putin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya səfərini ABŞ-ın zəifliyinin göstəricisi kimi qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə “The Economist” Kremlin rəhbərinin yaxın ətrafındakı mənbəyə istinadla yazıb.
Mənbənin sözlərinə görə, Putin bir neçə həftə davam edən düşüncələrdən sonra eskalasiyaya getmək qərarına gəlib. Bildirilir ki, Kremlin əsas məqsədi Ukrayna ilə bağlı deyil, Putinin şəxsi hakimiyyətini və nəticədə öz həyatını qorumaqdır.
Nəşrin məlumatına görə, Rusiyada əhalinin müharibəyə “səssiz razılığı” tədricən tükənir. Buna Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələrin getdikcə daha uzaq məsafələri əhatə etməsi və daha dağıdıcı xarakter alması səbəb olur.
Rusiya elitasında isə vəziyyətin daha gərgin olduğu bildirilir. Mənbələrdən biri hakim dairələrdə getdikcə daha çox “kralın çılpaq olduğu” fikrinin yayıldığını deyib. Məqalədə vurğulanır ki, Putin zəif görünə bilməz. Çünki Rusiya sistemi zorakılığa dözümlü olsa da, məğlubiyyəti bağışlamır.
Nəşr hesab edir ki, Putin müharibəni heç olmasa Ukraynanın Donbas bölgəsini tam ələ keçirmək kimi minimum məqsədə çatmadan başa çatdırmağın öz fiziki təhlükəsizliyini təhdid edə biləcəyinə inanır.
“Onlar məni asacaqlar”, - Putin bir dəfə yaxın ətrafına belə deyib.
Bütün bunlar eskalasiyanı Putin üçün cəlbedici seçimə çevirə bilər. “The Economist”in fikrincə, Kreml rəhbəri Ukraynaya zərbələri gücləndirməklə yanaşı, Avropadakı təcavüzünü genişləndirə və ölkə daxilində “güc nümayiş etdirmək” üçün repressiyaları sərtləşdirə bilər.
Müəllif: Adəm Abbaslı
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı
-
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı
-
Rəsmi xronika10:38İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi























.jpg)




.jpg)








