Dünya
Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
İsrailin Baş naziri Benyamin Netanyahu canlı yayımda Türkiyəni yenidən hədəf alıb.
Publika.az xəbər verir ki, Netanyahu ölkəsində yayımlanan “Channel 14” televiziyasına müsahibəsində İsrailin qarşılaşdığı təhdidlərdən danışarkən Türkiyənin adını çəkib.
O, İsrailin gələcəyini qorumaq üçün potensial rəqiblərin ortaya çıxmasının qarşısının alınmalı olduğunu bildirib. “Biz kiçilə bilən bir ölkəyik. Buna görə İsrail baş naziri İsraili xilas etmək, gələcəyini təmin etmək, düşmənlərimizin yenidən silahlanmasının qarşısını almaq və xüsusilə Türkiyə kimi yeni rəqiblərin ortaya çıxmasına mane olmaq üçün hərəkət etməlidir”, - Netanyahu deyib.
İsrail Baş naziri düşmənlərinin onun istefasını istəməsinin səbəbinin İsrailin onlara zərbə endirəcəyindən narahat olmaları olduğunu iddia edib. “Düşmənlərimiz “Netanyahu getməlidir’” deyirlər. Bunu niyə söyləyirlər? Çünki bizim onları vuracağımızı anlayırlar. Bu işi bitirəcəyik”, - deyə o vurğulayıb.
Netanyahu Qəzza ilə bağlı da sərt mövqeyini təkrarlayıb. HƏMAS-ın silahı yerə qoymaması halında İsrailin hücumları genişləndirəcəyini bildirən baş nazir lazım gələrsə, bütün Qəzzanı işğal edəcəklərini deyib. O, həmçinin müstəqil Fələstin dövlətinin yaradılmasına gələcəkdə də icazə verməyəcəyini açıqlayıb.
Netanyahu İranla mübarizəsindən də danışaraq bu məsələyə təxminən 40 ildir diqqət ayırdığını bildirib. Onun sözlərinə görə, İsrailin təhlükəsizlik qurumunu İranla birbaşa qarşıdurmaya inandırmaq, eləcə də ABŞ-da bu yanaşmanı qəbul etdirmək uzun zaman alıb.
Müəllif: Roza
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...


















.jpg)




.jpg)








.jpg)