Ekopublika.az
Bakıda kirayə mənzillər BAHALAŞDI - 500 manata ev tapmaq mümkünsüz oldu
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Bu səbəbdən kirayə mənzil bazarında canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta üz tutan tələbələr üçün münasib qiymətə, universitetə yaxın və normal şəraitli ev tapmaq bu il də çətindir.
Yay aylarında nisbətən sakit olan əmlak bazarında avqustdan etibarən ciddi hərəkətlilik başlayır ki, bu da qiymət artımına səbəb olur. Araşdırmalar göstərir ki, tələbələrin əksəriyyəti aylıq 300–500 manat aralığında kirayə mənzil axtarır. Lakin bu qiymətə uyğun ev tapmaq mümkünsüz olub. Mütəxəssislər isə sentyabr ayında vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırırlar.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Modern.az-a açıqlamasında deyib ki, son illər kirayə mənzil bazarında aparılan monitorinqlər göstərir ki, hər il bazarda təklif həcmi, xüsusilə də ucuz mənzillər üzrə azalır.
"Sözügedən proses əsasən söküntülər nəticəsində, kirayə bazarının əsas hissəsini təşkil edən köhnə və münasib qiymətli mənzillərin sürətlə bazardan çıxarılması ilə bağlıdır. Onların yerini isə daha bahalı və yeni tikililər tutur. Nəticədə ucuz mənzillərə olan tələb yüksək olaraq qalır, amma təklif azalır. Bu da öz növbəsində qiymət artımına səbəb olur”.
Əmlak eksperti qeyd edib ki, qiymət artımına təsir edən digər bir amil isə ümumilikdə kirayə mənzillərə olan tələbin yüksək olmasıdır:
"Eyni zamanda bəzi pilot layihələr çərçivəsində tikinti şirkətləri binalar tikildikdən sonra mənzilləri vətəndaşlara kirayə verməklə təqdim edirlər və bu da kirayə bazarında tələbin bir qədər də artmasına səbəb olur.
Bütün bu amillərin nəticəsində, bir neçə il əvvəllə müqayisədə Bakı şəhərində kirayə mənzil bazarında ciddi qiymət artımı müşahidə olunur. Əvvəllər yay aylarında - iyun-avqust aylarında tələbələrin öz rayonlarına qayıtması ilə bazarda nisbətən ucuzlaşma baş verirdi. Lakin son dövrlərdə bu mövsümi ucuzlaşma müşahidə olunmur. Artıq il boyu demək olar ki, qiymətlərdə davamlı artım müşahidə edilir”.
R.Osmanlının sözlərinə görə, bu il də əvvəlki illərdə olduğu kimi, paytaxta tələbə axınının qiymətlərə əlavə təzyiq göstərəcəyi gözlənilir. Hətta bu tendensiya indidən özünü göstərməyə başlayıb:
"Regionlara gəldikdə isə, məlumdur ki, tələbələr əsasən iqtisadi (ekonom) sinif kateqoriyasına aiddirlər. Bu səbəbdən onlar üçün 1-2 otaqlı mənzillər daha münasib hesab olunur. Məsələn, 2-3 tələbə birləşərək 2 otaqlı mənzil kirayələməyə üstünlük verirlər. Bu baxımdan şəhərin mərkəzinə nisbətən yaxın ərazilər, məsələn, mikrorayonlar, Həzi Aslanov, Əhmədli kimi yerlər daha münasib hesab edilir. Mərkəz ərazilərdə isə qiymətlər daha yüksəkdir. Eyni zamanda, ictimai nəqliyyata yaxın olan ərazilər tələbələr üçün daha əlverişli sayılır. Bu səbəbdən onların bu il də eynilə sərfəli ərazilərə üstünlük verəcəyi gözlənilir”,- deyə ekspert bildirib.
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...







.jpg)

.jpg)







.jpg)



.jpg)













