Ekologiya
Bu ölkədə 14 min ayı məhv edilib - Cəmi il yarımda
Yaponiyada son bir il yarım ərzində insanlara təhlükə yaradan təxminən 14 min ayı öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
2025-ci ilin aprelindən 2026-cı ilin sentyabrına qədər insanlarla vəhşi heyvanlar arasında toqquşmaların azaldılması proqramı çərçivəsində ölkədə təxminən 14 min ayı ovlanıb. Bu, 2008-ci ildən bəri aparılan müşahidələr dövründə qeydə alınan ən yüksək göstəricidir.
2026-cı ilin əvvəlindən ayıların hücumları nəticəsində 13 nəfər ölüb, azı 250 nəfər isə yaralanıb.
Hakimiyyət orqanları ayıların yaşayış məntəqələrinə daha çox yaxınlaşmasını iqlim dəyişikliyi və dağ meşələrində palıd qozası məhsulunun azalması ilə əlaqələndirir. Mütəxəssislərin fikrincə, qida çatışmazlığı yırtıcıları yemək axtarmaq üçün şəhər və kəndlərə enməyə məcbur edir.
Ekoloqlar və heyvan haqlarını müdafiə edənlər isə kütləvi ovlanmanın ayı populyasiyasına ciddi zərbə vura biləcəyindən narahatdırlar. Onların fikrincə, problemin həlli üçün məişət tullantılarının idarə olunması sistemi təkmilləşdirilməli, ayıların yaşayış məntəqələrinə cəlb olunmasının qarşısı alınmalıdır.
Hazırda Yaponiyada iki növ - Asiya qara ayısı və qonur ayı olmaqla 25-40 min ayının yaşadığı təxmin edilir.
Müəllif: Adəm
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO




































