Kralın ölümü və neftin gələcəyi
Bizi izləyin

Ekopublika.az

Kralın ölümü və neftin gələcəyi

Səudiyyə Ərəbistanının kralı Abdullahın ölüm xəbəri neftin qiymətinin yüksəlməsinə səbəb olub. Belə ki, məhz vəfat edən kral neft istehsalının azalmasına qarşı çıxırdı. Onun ölüm xəbəri birjalara psixoloji təzyiq yaradıb.

Publika.az xəbər verir ki, Səudiyyə Xəbər Agentliyinin kralın ölüm xəbərini verməsindən dərhal sonra neftin dəyəri New Yorkda 3.1 faizə qədər, Londonda 2.6 faizə qədər bahalaşdı. Dövlət televiziyaları artıq növbəti kralın Şahzadə Salman bin Əbdüləziz olacağını bildirib. Qeyd edək ki, OPEC-in ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı noyabr ayında neft istehsalını sabit tutma qərarı vermişdi. Məhz bu da neftin qiymətindəki enişi dərinləşdirmişdi.

Ekspertlər deyir ki, kral Abdullahın ölümü qısa vədədə neftin qiymətlərindəki naməlumluğu artıracaq. Onlar ölkənin hasilatla bağlı qərarında yaxın zamanda dəyişiklik gözlənilmədiyini də deyirlər.

Onu da bildirək ki, artıq mart ayı üçün imzalanan müqavilələrdə WTI markalı neftin qiyməti Nymex elektron əməliyyatlarda 1.45 dollar qədər yüksələrək bareli 47.76 dollar olub.

Brent markalı neftin müqavilə qiyməti isə Londonunu ICE Futures Europe birjasında 1.28 dollar qədər yüksələrək 49.80 dollar təşkil edib. Brent ilə WTI arasındakı fərq 2.27 dollar səviyyəsindədir. Yanvarın 16-da bu fərq 1.04 dollar səviyyəsində olub.

İiqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm