Ekopublika.az
Çin bir aya öz iqtisadiyyatına 13,29 milyard dollar cəlb edib
İlin əvvəlində Çin öz iqtisadiyyatına 13,29 milyard
dollar cəlb edib. 2015-ci ilin yanvarında faktiki olaraq istifadə
edilmiş xarici investisiyaların həcmi 13,29 milyard dollar
olub.
Bu barədə Çin Kommersiya Nazirliyinin hesabatında deyilir.
Nazirliyin məlumatına görə, bu, keçən ilin müvafiq dövründəkinə
nisbətən təqribən 30 faiz çoxdur. Bundan başqa, yanvar ayında Çin
investorları dünyanın 131 ölkəsinin və regionunun 1105 müəssisəsinə
birbaşa investisiyalar etmişlər. Bu investisiyaların ümumi həcmi
62,28 milyard yuandır.
Çin Kommersiya Nazirliyinin məlumatı göstərir ki, yanvar ayında
bütün ölkədə xarici investisiya ilə işləyən 2266 müəssisə olub ki,
bu da keçən ilin analoji dövründəkindən 31,8 faiz çoxdur. Xarici
investisiyalarla bağlı kontraktların həcmi 33,21 milyard ABŞ
dolları, artım - 126,2 faiz; faktiki investisiyaların məbləği 13,92
milyard ABŞ dolları olub ki, bu da keçən ilin müvafiq dövründəkinə
nisbətən 29,4 faiz çoxdur.
Statistik məlumat göstərir ki, Syanqan, Cənubi Koreya, Sinqapur və
ilin əvvəlində Çinə faktiki investisiyaların həcminə görə ilk
onluğa daxil olmuş digər ölkələr və regionlar ümumən 13,44 milyard
ABŞ dolları həcmində investisiya qoyuluşu həyata keçiriblər ki, bu
da keçən ilin analoji dövründəkindən 34,3 faiz çoxdur.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO