Ekopublika.az
Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin azaldıb
2015-ci ilin yanvar-mart aylarında Gürcüstandan
Azərbaycana 1356 minik avtomobili ixrac olunub ki, bu da ötən ilin
müvafiq dövrünün göstəricisindən 7 dəfə azdır.
Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2015-cü ilin I
rübün yekunları üzrə hesabatında deyilir.
Hesabata əsasən, qeyd edilən dövrdə Gürcüstandan Azərbaycana ümumi
dəyəri 24,85 milyon dollar olan avtomobillər ixrac edilib.
Göstərilən dövrdə Gürcüstandan Azərbaycana ixrac olunan malların
ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 39,1 faiz təşkil
edib. Xidmətin məlumatına əsasən, ölkənin bu kateqoriyadan olan
ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 43,1 faiz təşkil
edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan
minik avtomobillərinin həcmi 3,2 dəfə (dəyər baxımından), say
nisbətində isə 8156 ədəd azalıb. Müqayisə üçün bildirək ki, 2014-cü
ilin I rübündə Gürcüstandan Azərbaycana 79,86 milyon dollar
həcmində 9512 avtomobil ixrac edilib.
Ölkəyə avtomobil idxalının azalması aprel ayının 1-dən
Azərbaycanda tətbiqinə cari ilin başlanılan Avro-4 ekoloji
standartına keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan
Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini
təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini
məhdudlaşdırır. Avtomobillər Gürcüstana xaricdən gətirilir.
2015-cü ilin yanvar-mart aylarında Gürcüstan ixracatının 12,6 faizi Azərbaycanın payına düşüb. Bu dövrdə Gürcüstandan Azərbaycana 63,49 milyon dollar dəyərində məhsul ixrac edilib. Azərbaycana ixracat ötən ilin analoji dövrünə nisbətən 2,3 dəfə azalıb. Müqayisə üçün: ötən ilin ilk 3 ayında Azərbaycana 145,68 milyon dollar dəyərində Gürcüstan məhsulları ixrac edilib./trend/
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO