Köşə
“Qılman Prodakşn”ın mükafatlandırma gecəsi
Pərviz Hüseyn
Bugünkü dövrdə ən asan iş hər hansı “Qılman Prodakşn” mükafatlandırma gecəsi tipli mərasimlərdə təltif olunmaqdır, vallah! Belə baxıram, mənim nəyim əskikdir, o mükafat alanlardan?!
Düzdür, media sahəsində heç bir ilim tamam olmayıb. Amma nə olsun? İstəyirəm gedib müraciət edəm Firəngiz xalaya, ya da Əjdər dayıya…
Deyim ki, “Ay xalalar, ay dayılar, siz Allah, bu iki yüz manatı götürün, ordan mənə bir “Qızıl qələm” mükafatı yazın".
Bu başına döndüklərim də, eləməsin tənbəllik, götürüb yazsınlar. Bir dənə də gecə təşkil edib, təntənəli şəkildə mükafatımı təqdim etsinlər. Pəh! Nə gözəl olacaq!
Aldığım mükafatı da az qala dürtəcəm hamının gözünə ki, “Ayə, baxın! “Qızıl qələm” mükafatı almışam! Özü də öz qələmimin gücünə!”
Düzdür, bəzi "səviyyəsizlər" buna inanmayacaq, düşünəcəklər ki, mən bunu pulla əldə etmişəm, amma nə vecimədir?! Əsas odur mən bilirəm ki, hansı istedadın yiyəsiyəm. Odeey, o boyda “Qızıl qələm” mükafatım var mənim!
Hələ üstəlik o gecədə “İlin aktrisası” mükafatını alan qızlardan biri ilə də tanış olsam, çox “bomba” vəziyyət yaranacaq. Nə olsun orada mükafatı alan qızın aktrisalığın “a”sından belə xəbəri yoxdur? İndi bu yazıq aldığı mükafatla gördüyü işi gizlətməsin? Evdə suvenir kimi televizorun yanına, ya da servanta qoyub “Bax, sənətim aktrisalıqdır, bu da qazandığım mükafatdır” deyib təqdim edəcək. Etməsin?! Dəhşət adamlarsınız!
Nəysə, mövzudan kənara qaçmayım. “Qızıl qələm” mükafatım var, bir də bu aktrisa ilə tanış olsam, daha nə dərdim olar? Fəxr edərəm özümlə, hamının yanında deyərəm ki, peşəkar jurnalistəm. Bir-iki nəfər tanış da tapıb, “İlin jurnalisti”, “İlin qələm sahibi” mükafatları ala bilsəm, olaram camaatın gözündə zirvə!
Onsuz da özüm-özümü aldatmış olmayacağam ki, uzağı onları aldatmış olacağam. İlboyu işləməsə də, pul verib mənim kimi, “İlin çalışqan müğənnisi” mükafatı alan biriylə də tanış olaram. Bəlkə elə bu minvalla gələcəkdə özüm də mükafat verdim.
Hə, nə deyirsiniz? Alınar? Belə baxanda niyə alınmasın ki, hərədən 200 manat alaram, mağazaların birindən də bu saxta "Oskar"a oxşayan heykəlciklərdən əldə edib, üstünü yazdıraram. Bu da eləsin 10 manat! Hər adamdan 190 manat xeyirim qalsa, gör nə qədər edir?
Bəh-bəh… Adam təsəvvür edir, hamı da gəldikcə, səni gördükcə “müəllim” deyib keçir. Üstəlik sənə "hörmət” də edirlər. Vallah!
Yeri gəlmişkən, elə bir tanışınız yoxdur? Düz-qoş eləyin, “hörmət”inizi də edərəm.
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat13 May 19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə13 May 18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video














.jpg)












.jpg)






.jpg)


