Köşə
Bizim “Fotoşopçu” MƏŞHURLARIMIZ VƏ GƏNCLİYİMİZ...
Pərviz Hüseyn
Texnologiya o qədər inkişaf edib ki, artıq divar, qapı, parket, kafel nə varsa hamısı iflic keçirə bilir. İnanmırsınız? Vallah, düz deyirəm!
Smartfon telefonlar sayəsində “Bir az ayaqlarımı uzadım”, “Belim bir az arıq görünsün”, “Qolumu nazikləşdirim” deyərək öz gözəlliyini ön plana çıxartmaq istəyənlər sosial medianı zəbt edib. Bu, hər kəsə məlum olan “fotoşopçu”lar arxalarında, yanlarında qapı, pəncərə nə varsa “ağzını-gözünü əyib”, pis günə qoyurlar.
Xəyalları fotoşopdakı kimi olsa da, gerçəklər nədirsə göz önündədir. Yəni, “heş-zad” dəyişmiyib.
Onu da deyim ki, bu “zad”dan sadəcə məşhurlar istifadə eləsə, dərd yarıdır. Məşhur olmayan “qlamurka qızlar”, hətta oğlanlar da bu proqramın əsirinə çevrilib. Ancaq biz daha çox məşhurları ön plana çıxarırıq.
Lakin öz aramızdır. Deyim ki, insan özünü də, onu izləyənləri də aldadırsa, heç vaxt həqiqətə gücü çatmaz. Çünki bir gün ona doğrunu deyən biri ilə mütləq qarşılaşacaq.
Nə mənası var, axı, “dosi”lər? Siz niyə Anatomiya elmini öyrənənləri peşman edirsiniz? Niyə sizi realda görən insanların xəyallarını darmadağın edirsiniz?
Bu qədər ifrat dərəcədə fotoşop etmək nə vacibdir?
Birinin burnu böyük ola bilər, ancaq üzü çox qəşəngdir. Birinin kiçik gözləri ola bilər, amma dünyanın ən gözəl baxan insanıdır. Ayaqları qısadır, lakin səninlə yolda düzgün addımlayır.
Bütün bunlar boş və mənasızdır. Rahat olun, özünüzə güvənin. Əsas odur ürəyiniz gözəl olsun. Kaş ki, istifadə etdiyiniz bu fotoşopla qəlbimizi düzəldə bilərdik. Əlimizlə səhmana sala biləydik pis və paxıl ürəkləri...
Pərviz Hüseyn
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?

















.jpg)




















