Köşə
Oradan bir “Kəklikotu”lu çay!
Pərviz Hüseyn
Hərçənd ki, kəklikotunu sevmirəm, çaya qəribə dad verir, həm də təzyiqi salır deyə heç münasibətlərimiz yaxşı deyil. Bu gün sizə ondan yox, qala gecəsi ilə xeyli səs gətirən “Kəklikotu” filmindən danışacam.
Filmdə 20-dən çox tanınmış şəxs yer alıb. Çoxları Nigar Camalın aksent məsələsini qınasa da, mən bu məsələdə rejissor tərəfdən çıxış edirəm, çünki ekran işinə təbiilik qatıb. Düşünürəm ki, Nigarı başqa birinin səsləndirməsi bir az qəribə olardı.
Ekran əsərində istifadə olunan rəng qrafikası yaxşı işlənib, bir səhnədən digərinə keçid isə ardıcıllıq təşkil edir. Soyuq Amerikan zarafatları və Hollivud filmlərindən mesajlar izləyicini “Kəklikotu”na sonadək baxmağa məcbur buraxır. Heç vaxt gülməyəcəyimiz zarafatlar elə şəkildə çatdırılıb ki, insan gülmədən keçə bilmir.
Tərəvəz və toyuq-cücə, hinduşka satmağa gedən dayı-balanın başına gələn əhvalatlar bir az fantastik olsa da, insanları güldürməyi bacarıb. Bəzi səhnələr bir az uzundur, amma bunu avtomobilin siqnalizasiya sistemini əvəz edən və söyüşlü dialoqlar zamanı səs çıxaran o hinduşkaya bağışlamaq olar.
Filmdə diqqət çəkən digər məqam isə istifadə olunan musiqilərdir. Soundtrek kimi seçilən “Dəm olmuşam” meyxanası Dilarə Kazımovanın ifasında fərqli tərzdə təqdim edilib. Həmçinin Miri Yusifin “Eyforiya”, Ceyhun Zeynalovun “Buludlar” mahnısı da yerində seçilib.
Əlixan Rəcəbovun aktyor oyunu, klarnetçi Hüseyn Məhəmmədoğlunun dialoqu olmasa da, kiçik, amma güldürən obrazı, Kamran Ağabalayevin su olmayan hovuza üzü üstdə düşməsi səhnəsi çox orijinaldır.
Qısacası, yüz dəfə oxumaqdansa, bir dəfə gedin baxın. “Sarkazi”, ee, sarkazmla dolu bir neçə dəqiqə keçirəcəksiniz. Qayıdanda isə mütləq kəklikotulu çay için!
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?













.jpg)
























