Köşə
Mustafa Kamalın adaşı
Dilqəm Əhməd
Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş bəydən müsahibə alarkən bizə
təəssüf hissi ilə belə demişdi: “Kaş qardaşım Mustafa Kamalla tanış
olsaydınız. Bir şeir kitabı vardı. Anamla atam adını Mustafa Kamal
qoymaq istəyiblər, Əhməd bəydən soruşublar. Əhməd bəy də “əlbəttə,
mütləq qoyun” deyib. Mustafa Kamalla "Ağaoğlu” yayın evini
qurmuşduq, əsas işləri o görürdü”.
Mustafa Kamal Atatürkün adaşı, Əhməd bəy Ağaoğlunun şair nəvəsi 7
fevral 1939-cu ildə doğulub.
Babası Azərbaycan və Türkiyənin tanınmış siyasətçisi, mütəfəkkiri,
atası Səməd Ağaoğlu ədəbiyyatçı, siyasətçi, sonralar Menderes
hökumətində yüksək vəzifə sahibi, qardaşı Tektaş Ağaoğlu gənc
yaşlarından siyasi fəaliyyətlə, yazarlıqla məşğul olan bir şəxs
idi.
Bibiləri Sürəyya Ağaoğlu və Tezer Ağaoğlu da Türkiyənin məşhur
qadınlarından idilər. Sürəyya xanım vəkilliyi ilə, Tezer xanım isə
millət vəkilliyi və məktəb müdiri kimi tanınırdı. Anası Nəriman
xanım isə Türkiyənin Manisa şəhərindən millət vəkili idi.
Mustafa Kamal belə bir mühitdə böyümüşdü.
1950-ci ildə Ankara Maarif kollecini, 1954-cü ildə Ankara Atatürk
liseyini, 1958-ci ildə Eskişehir liseyini bitirib. Hüquq
fakultəsinə daxil olsa da, təhsilini tamamlamayıb.
1962-ci ildə qardaşı Tektaş Ağaoğlu ilə birlikdə “Ağaoğlu”
nəşriyyatını qurub, sol yönümlü xeyli kitablar çap edib. “Yazko
ədəbiyyat”, “Somut” jurnallarında yazıları çap olunub, bir neçə
sənət qurumunun yaradıcısı olub.
Babasından, atasından, qardaşından fərqli olaraq aktiv siyasi
fəaliyyətdə olmayan Mustafa Kamal sağlığında “Nüzüllü şiirler” adlı
kitab çap edib.
Tektaş bəyin xanımı Əzəl xanım onun haqqında bizə belə demişdi:
“Mim Kaf Ağayevin, yəni Mustafa Kamalın kitabı çox gözəl, duyğulu
idi. Tektaş bir gün ona dedi ki, niyə yenə kitab çap etmirsən.
Ürəyim ağrıyır, yazarkən çox üzülürəm, ona görə istəmirəm
dedi”.
Mustafa Kamalın kitabı 1997-ci ildə “Yapı Kredi Yayınları”
tərəfindən çap edilib.
Kitabında qəribədir ki, Mustafa Kamal Ağaoğlu imzasından deyil,
adının baş hərflərindən və babasının soyadından istifadə edib. Yəni
Mim Kaf Agayef (Ağayev).
Türkiyə ədəbi mühitində qəribəlikləri ilə tanınırdı. Türkiyədə ilk
kommuna həyatı yaşayan şəxs kimi tarixə düşüb. Belə ki, 1970-ci
illərdə heç kimin tanımadığı Gölköy ərazisinə gedərək orada kommuna
həyatı yaşayan ilk topluluğu qurub.
Həyatı boyunca dəfələrlə evlənib, ətrafında xeyli qadınlar olub.
Buna görədir ki, kitabını ithaf etdiyi şəxslər arasında “bütün
həyat yoldaşlarıma və bütün sevgililərimə” ifadəsi də var.
Ömrünün sonlarında ağciyər xərçəngi və iflic olan Mustafa Kamal
buna görədir ki şeir kitabının adını “Nüzullu şiirler” qoyub. Yəni
“İflicli şeirlər”.
Mustafa Kamal Ağaoğlu 20 oktyabr 1999-cu ildə vəfat edib.
Fəriköydəki ailə məzarlığında dəfn edilib.
Mim Kaf Ağayev Şuşadan başlayan İstanbulda bitən mühacir Ağaoğlu
ailəsinin ən qəribə nümayəndəsi kimi tarixə keçib.
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?
-
İdman04:30Qərarından peşman olmadığını açıqladı: Hər kəs bu təklifə “hə” deyərdi
-
ABŞ02:00Həftəsonu nə baş verəcək? - Trampdan anons
-
İdman01:40Günün ulduz falı: üzərinizə düşən öhdəliklər qəfil artacaq
-
Dünya3 İyun 23:15SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub
-
Kriminal3 İyun 23:00Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi
-
Magazin13 İyun 20:36Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki...





































