Köşə
Daha açıq nə deyilməlidir?
Dilqəm Əhməd
Prezident İlham Əliyev CNN Türk kanalına müsahibə verdi.
Müsahibədə cəmiyyətdə fikir ayrılıqlarına səbəb olan bir sıra suallara cavablar səsləndi.
Açıq aşkar deyildi ki, İkinci Qarabağ müharibəsində Azərbaycanı dəstəkləyən, birbaşa yanında olan iki dövlət vardı: Türkiyə və Pakistan.
Dövlət başçısı nə İranın adını çəkdi, nə də oranın ali dini liderinin iddia olunan fətvasına toxundu.
Əksinə bir neçə gün öncə Azərbaycan XİN açıq şəkildə İrana nota verdi, Ermənistana dəstək olmaqdan vaz keçməsini tələb etdi.
Prezident yenə bir neçə gün öncə Müdafiə Nazirliyinin Rusiya sülhməramlıları ilə bağlı bəyanatını təkrarladı, qonşu ölkənin Ermənistanı silahlandırmasının faydasız olduğunu dedi, o silahların Hərbi Qənimətlər parkında sərgiləndiyini söylədi.
Müharibədən öncə və sonra ilk dəfə idi ki ən ali səviyyədən qonşu ölkəyə qarşı irad bildirilirdi.
Üstəlik Rusiyanın Azərbaycanın qonşusu, Ermənistanın isə müttəfiqi olduğu deyildi. Xankəndidəki demoqrafik vəziyyətə qədər hər şeyin nəzarətimizdə olduğu söylənildi.
Bunlar ilk idi.
Əlbəttə, Azərbaycan ən başda istəyərdi ki, müsəlmanlığa iddia edən qonşu İran dövləti onun haqq davasına dəstək olsun.
Azərbaycan istəyərdi ki, məscidlərimiz donuzxanaya çevriləndə, şəhid qanı axan torpaqlarımız işğal altında olanda İran Ermənistanla bütün sərhədlərini bağlasın, bu ölkəyə təzyiq etsin.
İstəyərdik ki, İranın ali dini lideri əli müsəlman qanına batmış şəxslərlə üzbəüz masalarda əyləşməsin, gerçək müsəlman kimliyini, eləcə də min illik ortaq tarixi keçmişin dəyərlərini sərgiləsin.
Amma görmədik. Əksinə istər müharibə dövründə, istərsə də sonrasında düşmən ölkəyə dəstəyini əsirgəmədi.
Eləcə də Rusiya.
Müttəfiqini müharibədən öncəki kimi sonrasında da silahlandırmağa davam edir.
Bölgədə sülhün bərqərar olması üçün əlində olan imkanların əvəzinə, yeni münaqişə ocaqları yaratmaq istəyir.
Bütün bunlar isə dayandırılmalıdır. Çünki dövlət başçısının da dediyi kimi müharibə bitib, sülh müqaviləsi imzalanmalı, Zəngəzur dəhlizi açılmalıdır.
Prezident dəhlizlə bağlı xoş müjdənin də olduğunu söylədi. Qarşı tərəfin təkliflərə müsbət yanaşdığını bildirdi.
Asiləşmiş 25 minə yaxın Azərbaycan vətəndaşının da mövcud həqiqətləri başa düşəcəklərinə eyham etdi.
Əlbəttə, mətbuata verilə biləcək qədər məlumat ötürüldü.
Ən əsası isə o idi ki, Azərbaycan-Türkiyə müttəfiqliyinin regional güc olacağı ehtimalı səsləndirildi.
Açıq deyilə biləcək hər şey deyildi.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ



































