Köşə
ABŞ-la Rusiya erməni casuslarını Azərbaycana niyə göndərmək istəyir?
Asif Nərimanlı
ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya
ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini
dəyərləndirən hesabatında Azərbaycana həsr olunan 40 səhifəlik
paraqrafda ən diqqətçəkən məqam “ermənifobiyanın artması”
ifadəsidir.
Dövlət katibi Mayk Pompeonun açıqladığı hesabatda iddia olunur ki,
“erməni əsilli şəxslər Azərbaycan sərhədində əlavə yoxlamalara
məruz qalır, onların ölkəyə girişinə tez-tez qadağalar
qoyulur”.
Bu iddia son dövrlər Rusiya Xarici İşlər Nazirliyi tərəfindən bir
neçə dəfə gündəmə gətirilib və rusların baş diplomatı Sergey
Lavrovun idarəsində hesab edirlər ki, Azərbaycan Rusiyanın erməni
vətəndaşlarını ölkəyə buraxmır. Azərbaycan Xarici İşlər Nazirliyi
rəsmi qaydada bunu təkzib edib.
Burada əsas məqam ermənilərlə bağlı məsələsinin ABŞ və Rusiya –
qlobal siyasi mübarizənin iki cinahı olan, dünyada mövcud
münaqişələrin əksəriyyətində bir-birinə qarşı cəbhə alan, elə
Cənubi Qafqazı tamamilə ram etmək üçün rəsmi Bakını öz cəbhəsinə
çəkmək istiqamətində bütün vasitələrə əl atan bu iki ölkənin
Azərbaycan üzərinə eyni istiqamətdən hücuma keçməsidir.
“Ermənilərə toxunmayın!”, Tramp Administrasiyasının xarici siyasət
idarəsi Putin Administrasiyasının xarici siyasət idarəsinin
sözlərini uca səslə qışqırır.
Moskva və Vaşinqton qılınclarını qınına qoymayıb, o zaman sual
yaranır, hər iki paytaxtdan eyni tonda çıxan səsin arxasında
kim(lər) var? Bu sualın cavabı Dövlət Departamentinin hesabatında
Azərbaycana 40 səhifəlik yer ayırması və “ermənilərin müdafiəsi”nə
qalxmasının qaranlıq tərəflərinə işıq tutur.
Rəsmi Bakı həm Moskva, həm də Vaşinqtonla dərin əlaqələrə,
qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq tarixinə malikdir.
Xüsusilə bugünün geosiyasi şərtləri Bakını dünyanın iki qütbünü
təmsil edən hər iki paytaxtda xüsusi mərtəbəyə qaldırır. Bunun
fonunda dünyanın iki qütbü sanki bütün bəşəriyyətin ən böyük
problemi “erməni əsilli şəxslərin Azərbaycana buraxılmaması
olduğunu hesab edərək” həmrəylik nümayiş etdirirlər.
Bakı-Moskva, Bakı-Vaşinqton xəttində isti münasibətləri, buna
paralel olaraq, Vaşinqton-Moskva xəttindəki qarşıdurmanı nəzərə
alanda bu “həmrəyliyin” qaynağını xarici siyasi idarələrində,
konkret desək, bu idarələrdə yuva salmış erməni lobbisinin
məqsədlərində axtarmaq lazımdır.
Sirr deyil ki, dünyanın müxtəlif ölkələrində hörümçək toru kimi
yayılmış erməni diasporu/lobbisi bir çox hallarda siyasi qərarlara
təsir edir. O da sirr deyil ki, bu şəbəkənin məskən saldığı ölkədən
asılı olmayaraq, ümumi maraqları və hədəfləri var. Və lazım olanda
“qartalla ayını eyni havaya oynada” bilirlər, Moskva və Vaşinqtonu
“həmrəy” etdikləri kimi...
“Erməni əsilli şəxslərin” Azərbaycana buraxılmaması iddiasını
Şimalda ortaya atanlar da məhz erməni lobbisi idi, indi okeanın o
tayından səsləndirənlər də. Görünür, vaxtilə Qorbaçova ünvanlanan
“Qarabağı Azərbaycandan alıb ermənilərə verin” məktubunun altında
imza atan, Konqresdəki ofisini Azərbaycana qarşı kampaniyaların
aparıldığı məkana çevirən, erməni lobbisinin “baş memarlarından”
olan Con Kerrinin “adamları” hələ də Dövlət Departamentinin
dəhlizlərində dolaşır və Pompeonun qulağına nələrsə
pıçıldayırlar...
Hədəf Azərbaycana təzyiq etməkdir və bunun arxasında erməni
lobbisinin təsəvvür ediləndən daha təhlükəli planları yatır:
- İstənilən ölkənin pasportunu cibində daşıyan bir erməni
Azərbaycanda Ermənistan xüsusi xidmət orqanları üçün asanlıqla
informasiya toplaya bilər: paytaxtda, yaxud regionlarda turist
gəzintiləri zamanı strateji obyektlərin fotolarını çəkə, hətta
hərbi hissələrin nömrələrini qeydə ala, marşrut xətlərini öyrənə və
digər casus fəaliyyətlərini həyata keçirə bilər. 2016-cı ildə
Bakıda saxlanılan erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun
(Qalustyan) casusluq etdiyinə dair informasiyaların olması da bu
təhlükənin real olduğunu sübut edir.
- Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycana gələn
istənilən erməni potensial casus, yaxud terror aktı planlaşdıran
ekstremistidir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri
soyqırımılar, erməni idealogiyasının məhz Azərbaycana qarşı nifrət
üzərində formalaşdırılması, 1994-cü ildə onlarla insanın həlak
olması ilə nəticələnən iki terror hadisəsi və digər faktlar belə
düşünməyi, bu təhlükəyə qarşı daim ayıq olmağı tələb edir.
Başqa ölkələrin vətəndaşı olan ermənilərin Dağlıq Qarabağ
münaqişəsinə rəğmən Azərbaycana gəlməkdə israr etməsi də məqsədin
heç də turizm olmadığını təsdiqləyir.
Burada Ermənistanın marağına xidmət edən iki nüans
var: birincisi, müxtəlif ölkələrin vətəndaşları olan
ermənilərin Azərbaycana buraxılmadığı fikrini irəli sürərək,
ölkəmiz haqqında mənfi rəy yaratmaq; ikincisi, bu təzyiqlərlə
potensial casus olan ermənilərin Azərbaycana girişini təmin edərək,
lazımi informasiyaların toplanmasını həyata keçirmək;
ABŞ Dövlət Departmentinin hesabatına bu məsələnin daxil edilməsinin
hədəfi budur. O da diqqətdən qaçmır ki, hesabatda “erməni əsilli
şəxslər Azərbaycan sərhədində əlavə yoxlamalara məruz qalırlar”
iddiasının ardınca “vətəndaş cəmiyyətinin fəalları bildirirlər ki,
gənc nəsil ermənifobiya ilə böyüdü” ifadəsi yer alır.
Xatırladınızmı bu sözləri?
“Azərbaycanlılar uşaqlarının 10 yaşlarının olmasına baxmayaraq,
“xristianların azərbaycanlıların düşmənləri” olduğunu təlqin
edirlər. Azərbaycanlılar erməniləri “qara paltarlı Allahsız kimi
tanıdırlar”.
Martın 6-da Avropa Parlamentində ermənilərin təşkil etdiyi
“Armeniafobiya” adlı toplantıya canlı qoşulan Leyla Yunus belə
deyirdi.
- L.Yunusun həyat yoldaşı Arif Yunusun və onun qardaşı Ramiz
Yunusun anası erməni əsilli Yunusova (Barseqyan) Arsalyus
Arsenovadır. 1988-ci ildə Ramiz Yunusla eyni idarədə çalışan Afiq
Hüseynov bildirir ki, “Arif və Ramiz Yunusların atası Seyfulla
Əbdüləhəd oğlu Yunusov 1931-ci ildə İsmayıllıda anadan olub.
Atasını kiçik yaşlarında itirən Seyfulla Yunusov erməni ailəsində
böyüyüb. 1952-ci ildə martın 24-də Arsalyus Barseqyanla ailə həyatı
qurub. Bu qadın Dağlıq Qarabağda Cartaz kəndində doğulub. Daha
sonra Bakıya köçüb və Nərimanov rayonunda yaşayıb. Ermənistanın
Azərbaycana qarşı təcavüzkar müharibəsi başlayanda Yunuslar
analarının sənədlərini dəyişdirərək, Dağıstan sakini olaraq
göstərdilər və Arsalyus Barseqyan Asiyət Əskərova oldu. Onlara bu
işdə İrəvanda keçmiş DTK-nın polkovniki olan doğma dayıları kömək
edib. Yunusların dayısının Rusiya əsilli olan arvadının dayısı isə
Moskvada DTK-da yüksək vəzifə tuturmuş. Saxtalaşdırma işi də məhz
Moskvadakı DTK zabitinin dəstəyi ilə baş tutur. Yunusların yaxın
qohumları indiyə qədər Ermənistanda, işğal altındakı Dağlıq
Qarabağda və Rusiyada yaşayırlar. Onların çoxu 1990-cı illərdə
müharibə zamanı Qarabağda məskunlaşıb. Məlumatlara görə, Arif və
Ramiz Yunusun dayısı Suren Barseqyan ömrünün sonuna qədər erməni
işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın oğlanları Arsen,
Erik, Armen, həmçinin, qızı və arvadı Kamella hazırda Şuşada
yaşayırlar. Yunusların xalaları – Nadya Gevorkyan və Siran
Barseqyan isə Rusiyanın Krasnodar vilayətində məskunlaşıb.
Yunusların indiyə qədər də erməni qohumları ilə sıx əlaqə saxladığı
deyilir”.
... Bütün daşlar yerinə oturur: ermənilər Azərbaycanın vətəndaş
cəmiyyəti instutularına yerləşdirdikləri Leyla Yunusun dili ilə
“azərbaycanlılar “ermənifobiya” ilə böyüdülür” iddiasını ortaya
atır, bir həftə sonra Dövlət Departamenti hesabatında bu iddiaya
“vətəndaş cəmiyyətinin fəallarının sözlərinə görə...” istinadı ilə
yer ayırır. Yəni məsələ nə insan haqları, nə də digər nəsnələr
deyil, məsələ Azərbaycana qarşı müxtəlif istiqamətlərdən hücumun
edilməsidir. Elə olmasaydı, Dövlət Departamenti “40 səhifəlik
iddialarını” məhz indi, Azərbaycanla Avropa İttifaqı arasında yeni
tərəfdaşlıq sazişi üzərində ciddi işin aparıldığı ərəfədə
açıqlamazdı (“Brexit”dən sonra Aİ-nin aparıcı gücünə çevrilən
Almaniya-Fransa cütlüyü ilə ABŞ-ın qarşıdurmasına diqqət edin). Elə
olmasaydı, hesabatda “erməni izi at izinə” də qarışmazdı...
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO