Paşinyan xalqa müraciət etdi - Yeni Konstitusiya layihəsini paylaşdı
Bizi izləyin

Region

Paşinyan xalqa müraciət etdi - Yeni Konstitusiya layihəsini paylaşdı

Paşinyan xalqa müraciət etdi - Yeni Konstitusiya layihəsini paylaşdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsini dərc edib.

Publika.az xəbər verir ki, Paşinyan sosial media səhifəsində xüsusi olaraq bu məqsədlə yaradılmış veb sayta keçid yerləşdirib.

“Əziz xalqım, əziz Ermənistan Respublikasının vətəndaşları!

Bu məqsədlə xüsusi olaraq yaradılmış veb saytında Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsini təqdim etməkdən məmnunam .

Veb sayt hər bir vətəndaşın yeni Konstitusiyanın layihəsini oxuması və təkliflərini verməsi üçün mümkün qədər rahat şəkildə yaradılıb.

Saat 10:00-da canlı yayımda çıxış edəcəyəm. Bu sizin Konstitusiyanızdır”, - Paşinyan yazıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm