Mis çöhrənin məkri
Bizi izləyin

Köşə

Mis çöhrənin məkri

Gürcüstan küçələrindəki artan gərginliyin sosial media üzərindən Azərbaycana transfer etmək missiyası kimin üzərində?

Bu günlərdə Gürcüstanda məqsədi və məramı bəzən aydın bəzən isə qaranlıq qalan, müxtəlif mövzular ətrafında etiraz aksiyaları gedir və müxtəlif səbəblər üzərindən etiraz edən kütlələr ümumilikdə ölkədə siyasi ictimai ab-havanı gərginlışdirməkdə davam edirlər. Gürcüstanda küçədə baş verən etirazların mənşəyi haqqında bir cümlə ilə ifadə etsək müxtəlif iqtisadi qruplara bağlı hökumət nümayəndələri, televiziya və kütləvi informasiya vasitələri, müxtəlif siyasi (iqtidarlı-müxalifətli) qruplar, müxtəlif daxili və xarici donorlara bağlı QHT təmsilçiləri və s. bir sözlə Gürcüstan cəmiyyətinin bütün təbəqələrinin iştirakı ilə eyni vaxtda müxtəlif məkanlarda müxtəlif etiraz aksiyaları keçirilir. Sosial media üzərindən səhifə, bloqerlərin telefon və hətta dronlarla 24 saat canlı yayım etməsi, müxtəlif həssas mövzular üzərindən emosional müzakirə və debatların təşkili, müxtəlif manipulyasiya alətləri kimi video roliklərin paylaşılması və s. kimi təbliğat kampaniyalarının aparılması sayəsində gərginliyin artan xətt üzrə inkşaf edir. Gürcüstanda bu qədər geniş siyasi, iqtisadi və ictimai spektri hərəkətə gətirən səbəblər (bu haqda növbəti yazıda) onun məqsədi və məramı haqqında detallara varmadan, Gürcüstan etirazları, bu ölkədə küçədə baş verənləri Azərbaycanda görmək xülyasında olanların fəaliyyəti haqqında, bu etirazlardakı "alətlər"i və ssenarilərin ölkəmizə "transfer" etmək istəyənlərin fəaliyyəti haqqında yazmaq istəyirəm.

Əvvəl ondan başlayaq ki, Gürcüstandan fərqli olaraq Azərbaycan siyasi həyatı daha çox virtual siyasi-ictimai fəaliyyətin müxtəlif "çeşidləri" ilə bol bir sahədir. Hətta hazırda sosial media üzərindən "siyasi aktivlik" göstərən bir çox mühacir blogerin fəaliyyətlərinin ilk dövrlərində məhz qonşu ölkədə beynəlxalq "insan haqları" üzrə QHT lərin "təlim düşərgələrində" təcrübə keçmələri də onlara virtual fəaliyyəti real siyasi fəaliyyətə keçməsinə yardım etməyib. Ölkədəki virtual müxalif siyasi landşaft bunlardan ibarətdir- Gürcüstan da daxil, digər ölkələrdə baş verən proseslərdən mütəmadi "həyacanlanaraq" buna oxşarların ölkədə yaşanması arzusunda olanlar; virtual müxalif kəsimi "monopoliyasına" alaraq özündən başqa heç bir siyasi qrup tanımayan əbədi müxalifət partiyalarını, bu partiyaların rəhbərlərini illərlə qəbul etməyən, çayxanalarda onlara alternativ müxalifət "lideri" rolu oynamış, bu gün isə bu və ya digər səbəblərdən xaricə mühacirət edənlər; ailə daixili, qohumlararası münasibətləri və "qiybətxanaları" özlərinin sosial media səhifələrinə daşıyanalar; kənd qadınlarının təndir başında belə abır edib danışmadığı mövzuları öz bloqlarından abır- həya etmədən reallıq kimi qələmə verən bir "dəstə" gənc və qoca blogerlər; onların qohum qardaşlarından ibarət fan dəstələri və s.

Əslində bu siyahini daha da uzada bilərdik, lakin diqqətinizə çatdırmaq istədiyim məqam tamam fərqlidir.

Diqqət etdinizsə adəti üzrə həftədə bir və ya iki dəfə sosial media üzərindən canlı efirə çıxan müxalif, siyasi və çətxana-çayxana blogerləri son bir neçə həftədə gündə bir neçə dəfə canlı yayımlar edir.

Diqqətli siyasət izləyicisi kimi bu blogların bir müddətlik monitorinqi məndə Gürcüstanda etiraz aksiyalarının alət və motivlərinin Azərbaycan cəmiyyətinə sırınması cəhdlərinin mövcudluğu ilə üz üzə qoydu. Onu da qeyd edim ki, son həftələr Azərbaycan virtual siyasi qrup və blogerlər üçün xarakterik olmayan bir xətt də müşahidə olunur. Blogerlərin canlı yayımlarının mövzusu sanki bir dirijorun müşayiəti ilə eyni mövzular ətrafında, müxtəlif interpretasiyalarda baş verir. Adəti üzrə bir-birini qəbul etməyən, canlı yayımlarını daha çox bir birini "deşifrə", nüfuz müzakirəsi strategiyası üzərində qurmuş qruplar, son həftələr şübhəli şəkildə eyni mövqedən çıxış edirlər. Bu prosesin önündə,əlbəttə, son aylar öz verlişlərinə ölkədə və xaricdə yaşayan demək bütün blogerləri dəvət etməyi adət halına salmış, bununla da əslində qiyabi olaraq özünü hamı tərəfindən qəbul olunan birləşdirici fiqur, səhifəsini isə əsas müxalif etirazçı platforma kimi təsdiqləməyə çalışan Sevinc Osmanqızının və onun qonaqlarının canlı yayımlarda əsas xətti sistemli olaraq sabitlik və sülhün bərqərar olduğu Azərbaycanda olmayan gərginlik haqda görüntü yaratmağa hesablanan və xüsusi ilə siyasi elitanın parçalanmasına yönələn strategiya təşkil edir.

Digər blogerlərin də canlı yayımlarının ana xəttini məhz eyni strategiya üzərində, olmayan gərginlik görüntüsü , onun artan xətt üzrə getməsi kimi görsətmək, paralel olaraq isə bu gərginliyin meydana gəlməsi üçün təxribatçı informasiyaların müxtəlif interpretasiyalarda paylaşılması təşkil edir.

Eynilə Gürcüstandakı kimi dezinformasiya, siyasi elita, hökumət nümayəndələri haqqında təhrif olunmuş məlumatlarla manipulyasiya və s. kimi təxribatçı alətlər istifadə olunur.

Bir sözlə, müxalif və mühacir bloqerlər Gürcüstan küçələrindəki artan gərginliyi sosial media üzərindən Azərbaycana transfer etmək istiqamətində sistemli fəaliyyətlə məşğuldurlar.Bu fəaliyyətin koordinasiyası hələlik bir Youtube kanalı vasitəsilə-Sevinc Osmanqızının kanalı vasitəsilə həyata keçirilir. Cavidin məşhur misrası ilə ifadə etsək, bu təhlükəli fəaliyyəti “Şu bakır çöhrəli insan yapıyor”. Daha ətraflı növbəti yazılarımızda.

Yeganə Hacıyeva, beynəlxalq məsələlər üzrə ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm