Köşə
Primakov müsabiqəsinin qalibi
Dilqəm Əhməd
Rusiyanın Azərbaycanda keçirdiyi Primakov sərgisinə sosial şəbəkədə münasibət olduqca sevindiricidir.
Qazisindən tələbəsinə, yazıçısından fəhləsinə qədər milli şüura, tarix hafizəsinə sahib olan hər kəs bu hadisəni qınadı.
Deyilə bilərdi ki, bunu Rusiya səfirliyi keçirir, öz dövlət xadiminin xatirəsini yaşadır. Amma Rusiya səfirliyi bu şəxsin Azərbaycan xalqının taleyində oynadığı dəhşətli rolu bilmirmi? Qonşu dövlətin dəyərlərinə, keçmişinə, tarixinə hörmət bəslənilməməlidirmi?
Deyək ki, Rusiya səfirliyi bunu düşünmür, bəs BSU-nun rektoru Nurlana Əliyeva niyə bu adamın xatirəsinə həsr edilən yazı müsabiqəsi keçirir? Axı 20 Yanvar hadisəsi N.Əliyevanın gözünün önündə baş verib, milli azadlıq hərəkatı və Sovetlərin bizi cəzalandırmaq üçün tankları paytaxtımıza yeritməsi o yaşda olan hər kəsin xatirindədir. N.Əliyeva isə etdiyi bu hərəkətə görə istefa vermək əvəzinə dövlətçiliyə sığınır, mənasız bir sicilləməni mətbuatda yayır, universitetində xarici vətəndaşların istədiklərini edə biləcəyini bildirir. Əgər BSU Rusiya səfirliyindən idarə edilirsə, bunu qapının girişinə açıq şəkildə yazsın, öz mövqeyini ortaya qoysun.
Primakov müsabiqəsinin qalibi Azərbaycan xalqı, biabırçı məğlubu isə N.Əliyevanın timsalında xalqın keçmişinə hörmət bəsləməyən rektor və digər iştirakçılardır. Müstəqilliyimizin 30-cu ildönümünə doğru getdiyimiz bir zamanda N.Əliyeva, Araz Əlizadə kimi açıq şəkildə xalqımıza qarşı olan kəslər vəzifələrindən uzaqlaşdırılmalı, islahatlar bu şəxsləri və onların himayədarlarını da əhatə etməlidir.
***
Dövlət başçısı ötən il Bakının azad edilməsinin 100 illiyini xilaskarların varisləri ilə birgə keçirdi. Paytaxtımızda təntənəli hərbi parad baş tutdu, Türkiyə prezidenti də bu tarixi anları izlədi. Həmin paradda Prezident İlham Əliyev tarixi ildönümünün mahiyyətini açıq şəkildə belə izah etdi: “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”.
Dövlət başçısı və Azərbaycan xalqı 15 sentyabr hadisəsinə bu qiyməti verirsə, parlamentdə əyləşən, layiqli insanların yerini tutan A.Əlizadə kimi şəxslər kimi təmsil edir? Niyə bu şəxs İctimai Televiziyadan tariximizə qarşı hədyan danışa bilir? Kim, niyə icazə verir buna? Millət vəkilliyi ilə bağlı etik prinsiplər, nizamnamə qaydaları yoxdurmu?
Ümid edirik ki, erkən parlament seçkiləri təyin olunar və A.Əlizadə kimi şəxslər tarixin quyusuna atılar.
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı














.jpg)






_(1).jpg)











