Köşə
Sükut və süqut günü
Dilqəm Əhməd
Bu gün millət vəkilliyinə namizədlərin sükut günüdür. Onlar təbliğatları ilə məşğul olmayacaq, sabah axşama doğru ölkə vətəndaşlarının verdikləri səslə hesablaşacaqlar. Kimiləri parlamentdə xalqa xidmət edəcək, kimiləri isə sükutdan süqut dövrünə keçəcək.
Bu seçki kampaniyası nələrlə yadda qaldı?
Əhalinin problemlərini həll etməyə maraqlı olan, yeni yanaşmalar təklif edən 25-45 yaş arası yeni düşüncəli namizədlər gördük. Onlar sələfləri kimi nəyəsə arxayın olmayıb qapı-qapı döyüb məhəllələrdə sakinlərdən dəstək istədi, problemləri yerindəcə gördülər. Bu hadisə həm vətəndaşlar üçün, həm də namizədlər üçün ilk dəfə idi. Namizəd nəzəri biliklərini praktika ilə zənginləşdirdi, vətəndaş isə onun dərdini dərdi bilən, onu dinləyən şəxsə həvəslə ərazisindəki və evindəki problemlərdən bəhs etdi.
Bu yaş qrupundakı namizədlərin qarşısında əngəllər vardı: Uzun illər parlamentdə əyləşmiş, ərazidə müxtəlif rıçaqları olan qocaman namizədlər. Amma onlar buna baxmayaraq istər sosial şəbəkələrdə, istərsə də ərazidə daha aktiv oldular, bacara biləcəklərini göstərdilər. Ən azından əhali alternativləri görmüş oldu.
Bu seçkidə ənənəvi müxalifətin bir hissəsi iştirak etmədi, boykot qərarı aldı, amma yeni nəsil müxalifət və siyasi qruplar daha canfəşanlıqla qatıldı, namizədlər daha rəngarəng oldu. Artıq sosial medianın ölkə vətəndaşlarının geniş hissəsinə nüfuz etdiyini nəzərə alsaq, namizədlər qrup və fərdi şəkildə maraqlı videoroliklər hazırladı, təbliğat dönəminin zəngin keçməsinə səbəb oldular. Şəxsən mən seçilmədikləri təqdirdə də bu namizədlərin əhalinin problemlərini müxtəlif səpkilərdə gündəmə gətirəcəklərinə əminəm. Çünki millət vəkilliyi xalqa xidmət etməyin sadəcə bir yoludur.
Seçki dönəmində islahat məsələsi əsas gündəm oldu. İstər iqtidar, istər bitərəf, istərsə də müxalif camiədən olan namizədləri birləşdirən ortaq anlayış ölkədə aparılan islahatlara dəstək və bilavasitə iştirakçısı olmaq istəyi oldu. Bu baxımdan onların bəziləri dolayı, bəziləri isə açıq şəkildə bir neçə dəfə deputat olmuş yaşlı rəqiblərini kənarda dayanmağa səslədilər. Əslində belə də olmalı idi. Ölkə, vətəndaşların tələbləri dəyişildiyi kimi bu tələbləri qarşılayacaq cavabdeh şəxslər də həm yaş, həm də düşüncə olaraq yenilənməlidirlər. Biz bunu ötən il hökumət üzvlərinin bəzilərinin istefaları, bəzilərinin isə dövlət başçısı tərəfindən vəzifələrindən azad edilməsi formasında gördük. Bu baxımdan əhalinin də onların problemlərini daha çevik, daha ədalətli şəkildə həll edəcək gənc və islahatçı namizədləri seçəcəklərinə əminəm.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu