Köşə
Nuri bəyin ikinci köçü
Dilqəm Əhməd
O, 2 sentyabr 1929-cu ildə Bakıda doğulmuşdu. Atası Mirismayıl Seyidzadə Azərbaycan Cümhuriyyətinin xaricdə təhsil almağa göndərdiyi yüz tələbədən biri idi.
M.Seyidzadə Almaniyada təhsil almışdı. Berlində Şarlottenburq Texniki Universitetini yüksək elektrik mühəndisi kimi 1924-cü ildə bitirmiş, sonralar İslamı qəbul edərək Leyla adını götürən alman Helena Hofmannla ailə həyatı qurmuşdu.
Vətən həsrəti qürbətin faydalarından üstün gəlmiş, ailəsi ilə birgə Azərbaycana dönmüşdü.
Bakıda tramvay idarəsində işə düzəlmiş, eyni zamanda müəllim kimi çalışmışdı. Lakin qısa zamanda ÇeKa tərəfindən nəzarətə götürülmüş, təzyiqlərə məruz qalmışdı.
Məcbur qalan Seyidzadə 1929-cu ilin payızında 10 nəfərlə birlikdə Güney Azərbaycana, oradan isə Türkiyəyə keçmiş, ardınca xanımı və övladını da yanına gətirə bilmişdi.
Türkiyədə Saryal soyadından istifadə edən Mirismayıl bəy Ankarada Elektrik və Havaqazı fabrikində işə girmiş, 1961-ci ildə bu müəssisədən baş mühəndis olaraq təqaüdə çıxmışdı.
Mirismayıl bəy Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın adını oğluna vermişdi.
1931-ci ildə Mirismayıl bəy artıq Türkiyədə idi və Seyidzadə soyadı Saryalla əvəzlənmişdi. Bakıda doğulan oğlu artıq ömrünü Türkiyədə davam etdirəcəkdi. Bu, Nuri bəyin birinci köçü idi.
***
Nuri Saryal 1941-ci ildə Ankara Türk Maarif Cəmiyyəti məktəbini, 1947-ci ildə Ankara Atatürk Liseyini bitirib. 1948-1952-ci illərdə məşhur Robert Kolleci Mühəndislik Məktəbinin tələbəsi olub, buranı xüsusi dərəcə ilə bitirib. 1952-1953-cü illərdə Purdue (ABŞ, İndiana) universitetinin ali mühəndis diplomunu əldə edib. 1953-1956-cı illərdə Berlin Texniki Universitetində mühəndislik üzrə doktor dərəcəsini qazanıb. 1956-1957-ci illərdə hərbi xidmətdə olub.
Öz şirkətini qurub müxtəlif layihələr qazanan Nuri bəy 1962-ci ildə Ankarada Orta Doğu Texniki Universitetində makina mühəndisliyi bölümündə pedaqoji fəaliyyətə başlayıb. 1963-1965-ci illərdə ODTÜ-də şöbə müdiri, 1964-1969-cu illərdə prorektor kimi çalışıb, 1966-cı ildə dosent dərəcəsini qazanıb. 1970-1972-ci illərdə Almaniyada Münxen Texniki Universitetində dərs deyib. 1975-ci ildə professor ünvanını əldə edib.
Nuri bəy 1977-1979-cu ildə ODTÜ-nün rektoru olub. 1979-cu ildə öz istəyi ilə rektorluqdan ayrılaraq Ştuttqardt Texniki Universitetində seminar verib. 1980-1996-cı illərdə ODTÜ-də professor vəzifəsində yenidən fəaliyyət göstərib.
1992-ci ildə Nuri bəyə Almaniya prezidenti tərəfindən Ali Ləyaqət Nişanı verilib.
Nuri bəy uzun illər fəaliyyət göstərdiyi universiteti ilə bağlı “ODTÜ anılarım” adlı kitab yazıb.
N.Saryal Azərbaycan istiqlal mücadiləsinə də dəstək olub, tarixi Azərbaycan Kültür Dərnəyinin idarə heyətində təmsil olunub.
Bu gün Nuri bəy aramızdan ayrıldı.
Bu, onun ikinci, əbədi köçü oldu...
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar













.jpg)

























