Köşə
İndi də ərlərimizi kişilərə qısqanaq?
Qadının həyat yoldaşını öz həmcinsi ilə yaxalaması xəbərini eşidəndən bəri özümə gələ bilmirəm; bu olayı necə reaksiya verə biləcəyimi və ümumiyyətlə, hadisənin mahiyyətini aydınlaşdırmağa, adını tapmağa çalışıram.
Yox, elə düşünməyin ki, mən sadəlövhəm və cəmiyyətimizdə nə baş verdiyindən xəbərsizəm. Hamınız kimi bu “azlıqlar” haqda müfəssəl bilgim var: hətta haralara toplandıqları, onların necə himayə olunduqlarını da bilirəm...
Bəs, niyə bu olayı dəhşətlə qarşıladım?
Çünki hər zaman “gey”lik, lezbiyanlıq, homoseksuallıq fərdiyyətçiliyi ilə özünü göstərib, amma ilk dəfədir ki, ailələrimizin içinə necə girdiyi və necə dəhşətlərə yol açdığını tam çılpaqlığı ilə müşahidə edirik.
İlk dəfədir ki, “azlığın” sürətlə çoxaldığı, sərhədlərimizi işğal etdiyini görürük.
Artıq heç kim sığortalanmayıb, bu təhlükə hər bir ailənin qapısını döyür.
Bu hücumlar qadınların kişi arzusunu öldürür, analığını məhv edir, bütövlükdə cəmiyyətin kişiliyini təhdid edir.
Fərqinə varmırıq, üstünü örtürük bu problemlərin – necə ki, narkomaniyaya müqavimət göstərməkdə gecikirik. Ancaq narkomaniya şəklində cənubdan, Şərqdən, homoseksuallıq şəklində şimaldan, Qərbdən gələn bu hücumlar ailə institutumuzu, genefondumuzu darmadağın edir.
Bu hadisələr altşüura yeridilən informasiya minalarıdır...
Sosial şəbəkələrdə bununla bağlı müzakirələrin altındakı bir kommet diqqətimi çəkdi. Xanım yazırdı ki, ərimi uzaqdan bir adamla gördüm, həyəcanlı halda yaxınlaşdım və yanındakının qadın olduğunu biləndə çox rahatladım...
Bəlkə də bir zarafat, bəlkə də ironiyadır – ancaq bu ironiya-zarafatın altında gerçək reallığın təfəkkürümüzdəki assosiasiyası dayanır: indi qadınların bu olaya reaksiyasını təsəvvür edə bilirsinizmi?
Homoseksuallar hər zaman olub, amma heç vaxt bu azlıq bizim ailə institutunun, ailə dəyərlərimizin, böyük mənada toplumun bir hissəsinə, parçasına çevrilməyib. İndi birdən-birə bu dəyərlərimizin içərisində basdırılan mina partladı...
Bu, ilk partlayışlardandır - gözləmədiyimiz, ummadığımız, ağlımıza gəlməyən yerdə baş verdi: partlayışın zərbəsi şüurlarda əks-səda verir, min illərdir formalaşan təsəvvürlər çilik-çilik olur: qadınların kişiyə sığınma qanununu dağıdır, onu təbii halından çıxarır.
Altşüura yerləşdirilən mina partlayışı bütün şüurumuzu silkələyir. Bəlkə də ilk dəfədir ki, belə bir halın bizim cəmiyyətdə də mümkünlüyü zədəsinin təsiri altındayıq. Nəticə necə olacaq?
Qızların, qadınların təfəkküründə kişi, ər obrazı var: homoseksuallar fərdi olaraq hər zaman bu obrazdan çox-çox kənarda olub. Ancaq indi bir “ər”i bu obrazda görürük; indi bir kişi bu obrazda qarşımıza çıxır.
Bir qadın üçün bundan böyük faciə varmı görəsən?! Bəlkə, indi də kişiləri elə öz həmcinslərinə “qısqanaq”?! Bunun adı nədir? Xəyanət?!
Bunun adını min il də axtarsaq, tapa bilməyəcəyik. Çünki min illərdir cəmiyyətdə bu cür insanlar olsa da, Azərbaycan xalqı onlara ad qoya bilməyib – indi işlətdiyimiz adlar da – homoseksual, “gey”, lezbiyan – heç biri bizim deyil.
Ana dilimizdə onların adı yoxdur, olmayıb, olmayacaq.
Ancaq biz guya ana dilimizi qoruya bilirikmi?
Biz bu dilin təfəkkürü ilə düşünə və yaşaya bilirikmi?
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar












.jpg)

























