Magazin1
Azərbaycanlı dirijor rusları heyran etdi
Rusiyanın V.Safonov adına Dövlət Filarmoniyasında XX Beynəlxalq Akademik Musiqi Festivalının açılış mərasimi keçirilib. Festivalda tanınmış dirijor və solistlər - Rusiyanın xalq artistləri Sergey Roldugin, Yelena Koreneva, əməkdar artistlər Yelena Mirtova, Andrey Diyev, Timofey Fedorov, beynəlxalq müsabiqələr laureatları Əyyub Quliyev, Georgiy Çiçinadze, Dimitrios Botinis, İlya Qaysin, Nikita Borisoqlebski, Alina Muxamedjanova və Sergey Maydanov iştirak ediblər.
Publika.az-a bu barədə tanınmış dirijor Əyyub Quliyev məlumat verib. V. Safonov adına Şimali Qafqaz Filarmoniyasının 120 illik və P.Çaykovskinin 175-lik yubileyinə həsr olunmuş festival çərçivəsində keçirilən bütün konsertlərin proqramlarına dahi bəstəkarın əsərləri daxil edilib. İyulun 18-19-da beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə gerçəkləşən konsertlərdə P.Çaykovskinin “Manfred” simfoniyasi, violonçel və orkestr üçün “Rokoko” variasiyaları, “Yevgeni Onegin” operasından fraqmentlər, soprano və orkestr üçün romansları səslənib.
Konsertin proqramında görkəmli ifaçılar Sankt-Peterburq “Musiqi Evi”nin prezidenti, Rusiyanın xalq artisti, professor Sergey Roldugin (violonçel) və Rusiyanın əməkdar artisti, Mariinski Teatrının solisti Yelena Mirtova (soprano) iştirak ediblər. Böyük uğurla keçən konsertin sonunda dinləyicilər musiqiçiləri ayaqüstə qarşılanıb. Festivalın növbəti günü italyan bəstəkarı Coakkino Rossininin “Sevilya bərbəri” operasının yeni quruluşda premyerası keçirilib. Operaya dirijorluq edən Əyyub Quliyevlə bərabər tamaşada Rusiyanın məşhur opera müğənniləri – “Gelikon Opera”nın solistləri Dmitriy Ovçinnikov (Bartolo), Dmitriy Drunov (Qraf Almaviva), Sergey Maydanov (Fiqaro), Yelena Filimonova (Rozina), Mixail Xojigirov (Don Bazilio) və Eleonora Kiprenskaya (Berta) çıxış ediblər. Tamaşaya Moskvadan dəvət olunmuş rejissor Alla Çepinoqa quruluş verib.
Qeyd edək ki, Əyyub Quliyev Rusiya Akademik Simfonik Orkestrinin baş dəvətli dirijoru kimi 2013-cü ildən fəaliyyət göstərir.
Cəvahir
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri