Əlibaba Məmmədov: “Jurnalistlər bir dəfə də olsun xətrimə dəyməyib”
Bizi izləyin

Magazin1

Əlibaba Məmmədov: “Jurnalistlər bir dəfə də olsun xətrimə dəyməyib”

Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov jurnalistlərdən və indiyə qədər haqqında yazılan ən maraqlı xəbərlərdən danışıb.

Publika.az-a açıqlama verən sənətkar heç vaxt mediadan incimədiyini dilə gətirib: “Bir də görürsən hansısa müğənni hansısa jurnalistlə qalmaqal yaşayır. Heç vaxt mənim başıma belə bir iş gəlməyib, bir jurnalistlə davam olmayıb. Yəqin mən özüm də onlara əsas verməmişəm. Həmişə mənim barəmdə maraqlı və xoşuma gələn yazılar yazıblar. Jurnalistlər bir dəfə də olsun xətrimə dəyməyiblər. Əksinə, onlar mənim barəmdə maraqlı faktları tapıb üzə çıxarırlar. Mən də oxuyub şad oluram”.

Əlibaba Məmmədov milli mətbuatın bayram günündə medianı hər zaman qərəzsiz və obyektiv olmağa səsləyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm