Magazin1
Milli geyimlərimiz “Şamanların adası”nda nümayiş olunub - FOTOLAR

VI Beynəlxalq “Etno Poliumu. Birlik” etnik geyim festivalında Azərbaycanın milli geyimləri nümayiş olunub.
Publika.az xəbər verir ki, Rusiyanın İrkutsk vilayətinin Olxon adasında baş tutan bağlanış mərasimində Gülnarə Xəlilovanın kolleksiyasına daxil olan geyimlər sərgilənib.
Qeyd edək ki, G. Xəlilovanın kolleksiyası festivalın açılışında da təqdim edilib. Həmçinin, ölkəmizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevil Sadıxova təmsil edib. Festivalın keçirildiyi müddətdə açıq və bağlı məkanlarda tədbirlər təşkil edilib: konfrans, seçmə turları, yaradıcılıq laboratoriyaları, sərgilər, finalçıların ən yaxşı geyim kolleksiyasının qala-nümayişi, müsabiqələr.
G. Xəlilova və S. Sadıxova müvafiq olaraq “Azərbaycan milli geyimi dekorativ-tətbiqi incəsənətin inkişaf səviyyəsinin əksi kimi” və “Azərbaycanın zərgərlik bəzək əşyalarında gülşəkilli bəzəyin motivinin interpetasiyası” adlı məruzələrlə də çıxış ediblər.
Bağlanış mərasimində onlara təşəkkür məktubları və festivalın xüsusi kubokları təqdim edilib. G. Xəlilova və S. Sadıxova festivalın qaliblərinin mükafatlandırma mərasimində iştirak ediblər.
Festivalı İrkutsk vilayətinin Qubernator İdarəsi və hökumətinin dəstəyi ilə Baykalyanı yerli xalqların Mədəniyyət Mərkəzi təşkil edib. “Etno Poliumu. Birlik” layihəsinin müəllifi Roza Xaltuyevadır.
Xatırladaq ki, Olxon Baykal adalarının ən böyüyüdür. Maraqlıdır ki, Olxonda 100-dən artıq arxeoloji abidə - özünün tarixi və dini mahiyyəti olan qəbiristanlıqlar, qədim şəhər yerləri və daş divarların qalıqları var. Olxon bütün şamanların müqəddəs yeri və sığınacağıdır, Buna görə də bu sirli və müəmmalı yeri “Şamanların adası” adlandırırlar. O, indiyədək nəsildən nəsilə ötürülən sirli əfsanələrlə zəngindir. Olxon yerli sakinlərin inanclarında və əfsanələrində Baykalın əsas ruhlarının yaşayış yeridir.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

-
MDB07:55
Rusiyada güclü zəlzələ oldu
-
Magazin206:46
Alişan "Sevgililər günü"nü həyat yoldaşı ilə Məkkədə qeyd etdi - Foto
-
ABŞ03:35
Trampdan Çinə 600 milyard dollarlıq zərbə
-
Sosial03:18
Əsgər yaxınlarının nəzərinə!
-
Sosial02:00
Bakı bulvarının ərazisi genişləndirilir - Hansı dəyişikliklər olacaq?
-
Hadisə01:20
Mingəçevirdə qatar avtomobillə toqquşdu: yaralılar var
-
ABŞ01:00
Bu jurnalistlərin Ağ Evə girişi məhdudlaşdırıldı - SƏBƏB
-
Nida Xəbər 14 Fevral 23:15
Bu məntəqələrin nəticələri ləğv olundu - SİYAHI