İsrail polisi türk turisti güllələdi
Bizi izləyin

Hadisə

İsrail polisi türk turisti güllələdi

Qüdsdə İsrail polisini bıçaqladığı iddia edilən Türkiyə vətəndaşı güllələnərək öldürülüb.

Publika.az xəbər verir ki, baş verən hadisədə ölən türkün Həsən Saklan olduğu açıqlanıb. Yaralı polis əməkdaşının xəstəxanaya aparıldığı, vəziyyətinin ağır olmadığı bildirilib.

İsrail mətbuatında yer alan xəbərlərə görə, Şanlıurfada doğulan 34 yaşlı Saklanma aprelin 29-da İordaniyadakı Allenbi körpüsü ilə İsrailə daxil olub. Mayın 5-dək etibarlı turist vizası verilən Saklayanın hadisə baş verən əraziyə yaxın hoteldə qaldığı bildirilib.

Hücum anının təhlükəsizlik kamerası görüntülərində Saklanın iki polisin arxasınca getdiyi, daha sonra isə arxadan polislərdən birinə hücum etməyə çalışdığı görünür. İsrail polisi atəş açaraq onu öldürüb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm