Magazin1
Dodaqları iri göstərən makiyaj hiylələri
Dodaqlarınız incədirsə, bunu problemə çevirməyin. Çünki nə silikona, nə də dolğuya ehtiyacınız var. Sadəcə, bir neçə makiyaj hiyləsini tətbiq etməklə daha dolğun dodaqlara qovuşa bilərsiniz.
Publika.az dodaqları iri və cazibədar göstərən makiyaj hiylələrini araşdırıb:
Dodaq pilinqi
Makiyaja başlamazdan öncə dodaqlarınıza pilinq edin. Bunun üçün hazır satılan dodaq pilinqlərindən və ya evdə hazırladığınız təbii pilinqdən istifadə edə bilərsiniz. Təbii pilinq hazırlamaq çox asandır. Şəkər tozu ilə zeytun və ya badam yağını qarışdırın və dodaqlarınıza çəkib masaj edin. Daha sonra ilıq su ilə təmizləyin. Beləliklə, dodaqlarınız ölü hüceyrələrdən təmizlənəcək. Həmçinin, dodaq bölgəsində qan dövranı sürətləndiyi üçün daha iri və dolğun görünəcək.
Dodaq qələmi
Dodaq makiyajında mütləq qələmdən istifadə edin. Dodaq boyasını çəkməzdən öncə dodaqlarınızı qələmlə haşiyəyə alın. Bu zaman ya dodaq boyanızın, ya da dərinizin rənginə uyğun qələm seçin.
Dodaq konturu
Üzünüzü makiyajla konturladığınız kimi, dodaqlarda da eyni proses keçərlidir. Bunun üçün də konturdan iki cür istifadə etmək olar. Birinci üsulda alt dodağın tam ortasındakı cizgini qəhvəyi rəngli qələmlə boyamalısınız. İkinci üsulda isə alt dodaq cizgisinin dəri ilə birləşdiyi nöqtəyə tünd rəngli qələmlə incə xətt çəkməlisiniz. Beləliklə, makiyaj illüziyası sayəsində dodaqlarınız olduqca dolğun görünəcək.
Dolğun göstərən dodaq boyası
Dodaqları iri göstərməyin digər üsulu isə dolğunlaşdırıcı dodaq boyalarından istifadə etməkdir. Bu tip dodaq boyaları normal pomadalardan daha baha satılır. 6-8 saata kimi effektli olurlar.
Açıq rəng
Açıq rəngli dodaq boyaları dodaqları olduğundan daha iri göstərir. Ona görə də, nazik dodaqlara sahib olan qadınlara bej rəngli dodaq boyaları məsləhət görülür.
Ləman Sultan
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI