Magazin1
Polis xalq artistlərini barışdırdı - SÜLH
Akademik Milli Dram Teatrının aktyorları - xalq artistləri Ramiz Məlik və Ramiz Novruz barışıb.
Bu barədə "Report"a xalq artisti Ramiz Novruz məlumat verib.
Onun sözlərinə görə, barışıq Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində baş tutub: "Bu gün səhər Polis Bölməsində Ramiz Məlikdən üzr istədim. Barışdıq və Ramiz Məlik şikayət ərizəsini geri götürdü. Hazırda teatra gedirik. Bir azdan teatrda kollektivin qarşısında yenidən Ramiz Məlikdən üzr istəyəcəm. O, məndən 12 yaş böyükdür. Ağsaqqaldır. Mən ona əl qaldırmışam. Əlim üzünə dəyib. Bilmədən olub. Əsəbi olmuşam".
Ramiz Məlik də "Report"a açıqlamasında Ramiz Novruzun dediklərini təsdiqləyib: "Mən böyüklük etdim. Onu bağışladım. Dəfələrlə üzr istədi. Polis bölməsində olduq və ərizəmi geri götürdüm. İndi teatra gedirəm. Saat 15:00-da kollektiv qarşısında məndən yenidən üzr istəyəcək. Barışdıq və söhbətin bitməsini istəyirəm".
Xatırladaq ki, avqustun 23-də iki xalq artisti arasında münaqişə baş vermişdi. Hadisədən sonra xalq artisti Ramiz Məlik öz həmkarından polisə şikayət etmişdi.
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman5 May 20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin25 May 20:00
Məşhur aktyor vəfat etdi - FOTO