Magazin1
Füzuli, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Heydər Əliyev... Ən məşhur heykəllərimizin müəllifi xəstəxanada
Xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarov Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib. Rəssam böyrək əməliyyatı keçirib.
Publika.az-a açıqlamasında xəbəri təsdiqləyən rəssam hazırda özünü yaxşı hiss etdiyini deyib: “Bir neçə gün bundan əvvəl xəstəxanaya yerləşdirildim. Həkimlərin müayinəsi nəticəsində böyrəyimdə daş olduğu bəlli oldu. Əməliyyat olundum, lazer yolu ilə daşlar xaric olundu. İndi özümü yaxşı hiss edirəm, həkimlər məni sabah evə buraxacaqlar”.
Qeyd edək ki, Ömər Eldarovun yaratdığı heykəllərə dünyanın bir çox ölkələrində rast gəlmək mümkündür. Məsələn, dahi bəstəkar Üzeyir Hacıbəyovun Vyanadakı abidəsi məhz Ömər Eldarovun əl işidir. O cümlədən ulu öndər Heydər Əliyevin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, professor İhsan Doğramacının heykəlləri, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrinin müəllifliyi də məhz Ömər Eldarova məxsusdur.
Cəvahir Səlimqızı
-
ABŞ11:06
Ağ Evdə gizli görüş: İran vurulacaq?
-
Magazin110:29
Azər Baxşəliyevin son durumu necədir?
-
Pul09:24
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO