İKT
"Telegram" böyük məbləğdə CƏRİMƏLƏNDİ
Moskvanın Taqanski Məhkəməsi “Telegram” messencerini “İslam Dövləti” beynəlxalq terror təşkilatının ideallarını təbliğ edən kanalları silməkdən imtina etdiyinə görə 4 milyon rubl cərimələyib.
Publika.az xəbər verir ki, bu barədə TASS iş materiallarına istinadla məlumat yayıb.
Qeyd olunur ki, Rusiya baş prokurorunun birinci müavini İŞİD-in fəaliyyətinə bəraət qazandıran məlumatlar və uydurma sənədlərin satışı ilə bağlı məlumatları özündə əks etdirən internet resurslarına çıxışın məhdudlaşdırılması tələbi ilə Roskomnadzora müraciət edib.
Roskomnadzor tələblərin yerinə yetirilməsi çərçivəsində "Telegram Messenger Inc" təşkilatına müvafiq bildirişlər göndərib. Bundan əlavə, Cinayət Məcəlləsinin 2-ci hissəsinə əsasən messencerlə bağlı protokol tərtib edilib. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.4-ci maadəsinə əsasən (sayt sahibinin məlumatı silmək öhdəliyi Rusiya Federasiyasının qanunvericiliyi ilə nəzərdə tutulduğu təqdirdə məlumatı silməməsi) 4 milyon rubl məbləğində cərimə tətbiq edilib.
Məhkəmə sənədlərində o da qeyd olunur ki, protokolun tərtib edilməsinə digər səbəb "Telegram Messenger Inc"in qanunsuz kütləvi tədbirlər haqqında məlumatları, Rusiya ordusunu gözdən salan yazıları və Rusiyada ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş yalan məlumatlar silməkdən imtina etməsi olub.
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika9 Oktyabr 15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 9 Oktyabr 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya9 Oktyabr 14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır



































.jpg)


