Vətəndaş nikahına girən teleaparıcı: “Din adamıyam, namaz qılıram”
Bizi izləyin

Magazin1

Vətəndaş nikahına girən teleaparıcı: “Din adamıyam, namaz qılıram”

Məşhur teleaparıcı Vüsalə Kərimova vətəndaş nikahında yaşamasından danışıb.

Publika.az-a eksklüziv açıqlamasında o, bu addımı atmazdan öncə yüz ölçüb, bir biçdiyini söyləyib:

“Həyatımda sevdiyim insan var. Qanuni şəkildə nikaha girməsək də, molla kəbini kəsdirmişik. Çünki mən din adamıyam və namaz qılıram. Mənim üçün belə şeylər əhəmiyyət kəsb edir. Ürəyimi fəth etmək isə elə də asan iş deyil. Tanıyanlar, çevrəm bunu yaxşı bilir. Razılıq vermişəmsə, demək ki, buna haqqı çatıb. Həmin şəxs öz sevgisini sübut etməyi bacarıb. Ümid edirəm ki, ona verdiyim bu şansı ömrünün sonuna qədər itirməyəcək”.

Vüsalə Kərimova sevdiyi şəxsin adını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, aparıcı bir dəfə ailəli olub. Onun ilk nikahından bir oğlu var.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm