Məleykə Əsədova: “Atası qızımın yadına da düşmür...” - VİDEO
Bizi izləyin

Magazin1

Məleykə Əsədova: “Atası qızımın yadına da düşmür...” - VİDEO

Xalq artisti Məleykə Əsədova keçmiş həyat yoldaşından danışıb.

Publika.az xəbər verir ki, ATV telekanalına müsahibə verən aktrisa qızına həm atalıq, həm də analıq etdiyini bildirib.

“Qızımın atası, anası, bacısı və qardaşıyam”.

Aktrisa qızının atası haqda, ümumiyyətlə, soruşmadığını və onunla əlaqəsi olmadığını əlavə edib.

“Qızıma o qədər sevgi verirəm ki, atası heç yadına da düşmür. O, bu haqda, ümumiyyətlə, fikirləşmir. Biz qızımla atası barədə danışmırıq”.

Qeyd edək ki, aktrisa 2004-cü ildə iş adamı ilə ailəli olub və ayrılıb. Cütlük ayrılma xəbərini uzun müddət ictimaiyyətdən gizli saxlayıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm