Rac Kapurun Bakıda itib Masallıda tapılan filmi - FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin1

Rac Kapurun Bakıda itib Masallıda tapılan filmi - FOTOLAR/VİDEO

Hər foto bir xatirədir, keçmişdir. Lakin elə fotolar da var ki, onlar tarixdir. Publika.az-ın “sandinist.livejournal.com”a istinadən təqdim etdiyi fotolar kimi…

1956-cı ildə çəkilmiş foto Hindistanın görkəmli rejissoru, aktyoru Rac Kapur, onun tərəf-müqabili olmuş Nərgiz və SSRİ xalq artisti, sosialist əməyi qəhrəmanı Rəşid Behbudovun səmimi münasibətləri əbədiləşib...

Foto 1956-cı ilin 3 noyabrında Rac Kapurun Bakıda keçirilən hind filmləri kinofestivalı ilə əlaqədar ölkəmizə gəlişi zamanı çəkilib. Festivalla əlaqədar olaraq SSRİ Mədəniyyət Nazirliyinin dəvəti ilə Hindistan kino incəsənəti xadimlərindən ibarət nümayəndə heyəti Bakıya gəlib. Qonaqları hava limanında Bakı ictimaiyyəti və ölkəmizin bir sıra incəsənət işçiləri qarsılayıb.

Bu səfərlə bağlı hətta “Rac Kapur Bakıda” sənədli filmi çəkilib. Lakin bir müddət sonra hansısa səbəblər üzündən filmin kinolenti yoxa çıxıb. Buna görə də film uzun illər nə Azərbaycanda, nə də Hindistanda nümayiş etdirilib.

Nəhayət, “Rac Kapur Bakıda” filminin kinolenti bir neçə il sonra Masallıda tapılıb. Məlum olub ki, filmin operatoru Faiq Qasımov kinolenti haçansa köhnə dostu, Masallıda yaşayan Yaşar Rəfiyevə verib.

Qeyd edək ki, 7,4 dəqiqəlik sənədli film “YouTube” sosial şəbəkəsinə yerləşdirilib. Videolentdə Rac Kapurun hava limanında SSRİ xalq artisti Rəşid Behbudovla xüsusi olaraq görüşməsi, hər iki dahi sənətkarın səmimi münasibətləri yer alıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm