Yeni sayt açıldı
Bizi izləyin

Magazin1

Yeni sayt açıldı

Azərbaycan Dövlət Musiqili Teatrının musiqiliteatr.az adlı yeni saytı istifadəyə verilib. İndiyədək Dövlət Musiqili Teatrının www.statemusicaltheatre.az saytı fəaliyyət göstərib.

Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Publika.az-a açıqlamasında bildirib ki, yeni saytın yaradılmasını şərtləndirən əsas səbəblərdən biri də bir sıra texnoloji yenilikləri tətbiq və istifadə etmək istəyi olub: “Yeni saytın yaradılmasına 106-cı teatr mövsümünün başlanması ərəfəsində qərar verdik.

Dünya demək olar ki, hər gün texnoloji yeniliklərlə zənginləşir. Müasir dövrün tələblərindən biri də bu yeniliklərdən vaxtında və səmərəli şəkildə yararlanmaqdır. Yeni saytımız hazırlanan zaman bir sıra teatrların bu sahədəki təcrübəsinə nəzər saldıq. Təhlil etdik, müzakiərələr apardıq, yaxşı ənənələrdən maksimum yararlanmağa çalışdıq. Yeni saytın ziyarətçiləri Azərbaycan Dövlət Musiqili Teatrın tarixi, yaradıcı heyyəti, repertuarı və digər sahələr haqqında məlumat əldə edə bilərlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm