Mədəniyyət və Turizm Nazirliyi infotur keçirdi - FOTOLAR
Bizi izləyin

Magazin1

Mədəniyyət və Turizm Nazirliyi infotur keçirdi - FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Naftalan şəhərinə infotur keçirilib.

Publika.az xəbər verir ki, Naftalan şəhərinin turizm potensialını təbliğ etmək məqsədi ilə təşkil edilən infoturda yerli turizm şirkətləri və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçılarına Naftalan nefti ilə həyata keçirilən müalicə üsulları, onun müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyəti haqqında məlumatlar verilib. İnfotur çərçivəsində, həmçinin Naftalan şəhərinin turizm potensialı, mədəni həyatı, mövcud infrastrukturu ilə tanışlıq da nəzərdə tutulub. Tədbir iki gün davam edib.

Sonda jurnalistlərə sertifikatlar təqdim olunub.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm