Tanınmış aparıcı ATV-dən getdi
Bizi izləyin

Magazin1

Tanınmış aparıcı ATV-dən getdi

ATV-nin aparıcısı Cavid Gül sözügedən kanalı tərk edib. O ATV-ni Xəzər Televiziyası ilə əvəzləyib.

Publika.az xəbər verir ki, aparıcı bu barədə özü məlumat verib:

“Bu gündən etibarən, Xəzər TV ilə ikitərəfli razılığa gəldik və yaxın müddətdə musiqili şou verilişimə start verəcəm. Mənə doğma olan ATV kanalından ayrılsam da, dostluq, qardaşlıq münasibətimiz qalmaqdadır. "Xəzər" ailəsi ilə illərdir qurduğumuz isti münasibət və peşəkar heyətlə iş növbəti layihələrimizin uğur qazanacağına bir zəmanətdir”.

Qeyd edək ki, Cavid Gül ATV-də "Azərbaycanın səsi" layihəsi, "Biq şou" və digər məşhur proqramların aparıcısı olub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm