Güllü Muradova: “Yenidən aşiq oldum” - FOTOLAR
Bizi izləyin

Magazin1

Güllü Muradova: “Yenidən aşiq oldum” - FOTOLAR

2007-ci ildə keçirilən 2-ci Muğam Müsabiqəsinin qalibi, gənc xanəndə Güllü Muradova Opera və Balet Teatrının səhnəsinə Leyli kimi çıxacaq. “Leyli və Məcnun” operasında Məcnun rolunda Güllünün tərəf-müqabili, əməkdar artist, Opera və Balet Teatrının solisti Səbuhi İbayevdir.

Səhnəmizin ən gənc Leylisi fikirlərini Publika.az-la bölüşüb:

“Bu günə qədər səhnəmizdə istər yaşlı sənətkarlarımız, istərsə də, gənc sənətçilərimiz Leyli rolunda çıxış edib. Hər gənc sənətçinin arzusudur ki, opera səhnəsində bu möhtəşəm sənət əsərində Leyli olsun. Bu, mənə də nəsib oldu. Çox şanslı və xoşbəxtəm. Həmişə sənət yoldaşlarımın təqdimatında “Leyli və Məcnun” operasını izləyirdim, Leyli və Məcnun obrazlarına heyranlıqla tamaşa edirdim. Özüm əsərə qəhrəmanlardan biri kimi daxil olandan sonra sanki yeni bir aləmə düşdüm və bu iki qəhrəmana yenidən aşiq oldum. Çox həyəcanlıyam. Çalışacam ki, ümidləri doğruldum. Bu işdə mənə kömək olan əməkdar artist, tarzən Elxan Mansurov və rejissorumuz Hafiz Quliyevə minnətdaram. Ustadlarım xalq artistləri Arif Babayev və Mənsum İbrahimovdan da məsləhətlərimi alıram. Dekabrın 3-ü hər kəsi tamaşaya dəvət edirəm”.

Maraqlıdır, Güllü niyə məhz Məcnun kimi Səbuhi İbayevi seçib?

“Səbuhi ilə həyatda da dostuq. Düşünürəm ki, səhnədə uğurlu tərəf-müqabil olmaq üçün həyatda da münasibətlər qaydasında olmalıdır”- Güllü belə deyib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Tamaşa dekabrın 3-də axşam saat 19-da təqdim olunacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm