Şövkət Ələkbərovanın xatirə günüdür - VİDEO
Bizi izləyin

Magazin1

Şövkət Ələkbərovanın xatirə günüdür - VİDEO

“Dərələr”, “Ağ çiçəyim”, “Məhəbbət”, “Bir könül sındırmışam”, Axşamlar”... Bu mahnıların hər biri ancaq onu xatırladır.

Bəli, Azərbaycan musiqisində elə sənətkarlar olub ki, bu gün də sevilir, sevə-sevə dinlənilir. Onlardan biri də xalq artisti Şövkət Ələkbərovadır.

Publika.az xəbər verir ki, sənətkarın bu gün xatirə günüdür. Onun yoxluğu ilə bizi 23 illik zaman kəsiyi ayırır. Lakin hər dəfə onun musiqilərini dinlədikcə, anlayırıq ki, sənətkar hələ də bizlərlə bərabərdir. Hətta məlahətli səsi ilə ruhumuzu ovsunlamaqda davam edir.

Qeyd edək ki, Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub.

Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.

1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyən Şövkət Ələkbərova öz səsi ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib.

SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət xanım “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlarla yanaşı, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnılarını ifa edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm