Lider kanalına baxan hədiyyə qazanacaq - FOTOLAR
Bizi izləyin

Magazin1

Lider kanalına baxan hədiyyə qazanacaq - FOTOLAR

Lider telekanalındakı “Tezdən oyan” verilişi hədiyyələrlə bol olan bir rubrikaya start verib.

Publika.az xəbər verir ki, “Tezdən oyan” verilişinin tərkibində “Yol yoldaşım” adlı rubrika yayıma başlayıb. Rubrika çərçivəsində teleaparıcı Fira həftənin bir günü səhər saat 9:00-11:00 arası paytaxtın müxtəlif istiqamətlərində yerləşən yaşayış binalarına yollanır. Müxtəlif evlərin qapısını döyür. Qapını açan ev sakininə müxtəlif hədiyyələr bağışlanılır. Əgər evdə televizorda Lider kanalına baxılırsa, o zaman üçüncü hədiyyə də əlavə olunur.

Rubrikanın ilk çəkilişi artıq baş tutub. Həftənin birinci günü “Tezdən oyan” verilişində nümayiş olunacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm