Magazin1
Stokholmda “Eurovision-2016”nın addım səsləri
İsveçin paytaxtı Stokholmda “Eurovision-2016” mahnı müsabiqəsinə geri sayım mərasimi keçirilib.
Publika.az xəbər verir ki, mərasimdə Stokholmun meri Karin Vanqard çıxış edərək bildirib ki, milli, dil, yaxud mədəni sərhədlərin varlığına baxmayaraq, musiqi insanları birləşdirir. Musiqinin bu missiyası hazırda çox vacibdir. Biz müsabiqəni qəbul etməyə və Stokholmda bütün Avropanı səmimi qarşılamağa çox şadıq.
Geri sayım üçün isveçli ustalar parıldayan, uzaqdan baxdıqda yüngül, tüklü zəncirotunu xatırladan çiçəklərlə bəzədilmiş, kürə şəkilli xüsusi konstruksiya düzəldiblər. Bu konstruksiyanın yaradıcıları rəmzi mənada mütəhərrikliyi, dözümlülüyü, habelə yenidən doğuluşu ehtiva edən zəncirotundan ilham aldıqlarını deyirlər. Konstruksiyanın diametri 4, bütün instalyasiyanın hündürlüyü isə 8,5 metrdir. Nəhəng “zəncirotu”nun altında monitor quraşdırılıb. Monitorda müsabiqənin başlanmasına qalmış günlər və saatlar əks olunub. Geri sayım bitdikdə instalyasiya mahnı müsabiqəsinin keçiriləcəyi “Qloben-Arena”ya köçürüləcək.
Xatırladaq ki, “Eurovision-2016”nın ilk yarımfinalı mayın 10-da, ikinci yarımfinal 12-də, final isə 14-də keçiriləcək. Müsabiqədə Azərbaycanı “Miracle” kompozisiyası ilə müğənni Səmra Rəhimli təmsil edəcək.
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!










.jpg)




















.jpg)




