Kamran Həsənli mətbuat konfransı keçirdi
Bizi izləyin

Magazin1

Kamran Həsənli mətbuat konfransı keçirdi

“İndi Azərbaycan xalqının vəziyyəti çətindir, onlara bizim davamız maraqlı deyil. Bu məsələni bu qədər şişirdib şouya çevirmək lazım deyildi. Məsələ istintaqda araşdırılır. Mən heç vaxt deməmişəm ki, evimi satıb Samirə verəcəm. Demişəm ki, evim plana düşəcək, mən də sənə o puldan verəcəm. Yalandan deyib ki, Kamran mənə obyekt fotoları göstərdi”.

Publika.az xəbər verir ki, bunu teleaparıcı Kamran Həsənli bu gün keçirdiyi mətbuat konfransında deyib. O, qalmaqal yaşadığı müğənni Samir Piriyevlə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Vəkil Türkel Hüseynov hərracda şirkət satılandan sonra hissədarların pulunun qaytarılacağını deyib: “Müğənni Samir Piriyev şikayət ərizəsində yazıb ki, Kamran guya onu aldadıb, pul alıb. Kamran yanacaq doldurma məntəqəsinə 300 min avro, Samir isə 115 min pul verib. Onun da 35 mini qaytarılıb. Samir Kamranı çox bezdirib, bu səbəbdən aparıcı maşınını ona verib, müğənni də maşını 20 min dollara hesablayıb. O, obyektin sahibi Erhan bəydən 15 min alıb. Obyekt olmasaydı, Kamran dələduzluqda ittiham oluna bilərdi. Ancaq Samirə bir neçə dəfə deyilib ki, şirkətə bank əl qoyub. Hərracda şirkət satılandan sonra hissədarların pulu qaytarılacaq".

Qalmaqalda adı hallanan və hazırda xaricdə olan müğənni Qismət Məmmədzadə də məsələyə video şəklində açıqlama verib: “Mən də şirkətin səhmdarlarından biriyəm. Bu işdə Kamran günahkar deyil. O da bizim kimi obyektə pul qoyub. Samir dəfələrlə mənə müraciət edib ki, Kamrandan pulumuzu tələb edək, o da evini satıb bizə versin. Amma mənim Kamrandan heç bir tələbim yoxdur. Ümid edirəm ki, bu məsələ ədalətli şəkildə həll olunacaq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm