İlhamənin köməkçisinin əri: “Arvadımı şərləyib…”
Bizi izləyin

Magazin1

İlhamənin köməkçisinin əri: “Arvadımı şərləyib…”

“İnanıram ki, İlhamənin həbs etdirdiyi həyat yoldaşım yaxın zamanlarda azadlığa buraxılacaq”.

Bunu Publika.az-a mərhum xalq artisti İlhamə Quliyevanın şikayəti əsasında həbs olunan köməkçisi Mehriban Hüseynova həyat yoldaşı Tofiq Hüseynov bildirib.

İ.Quliyevanın ölümünü təsdiqləyən tibbi ekspertiza rəyindən ürəklənən T.Hüseynov həyat yoldaşına atılan “şər-böhtan”ın sübuta yetirilmədiyinə sevinir: “Tibbi ekspertiza sübut etdi ki, İlhamə ürək çatışmazlığı və qan dövranının pozulması nəticəsində dünyasını dəyişib. Amma o sağlığında deyirdi ki, guya mənim xanımım onun mürəbbəsinə zəhər qatıb zəhərləyib. Boş söhbətlər idi, onun yalanları sübut olunmadı. Ümid edirəm ki, yaxın günlərdə Mehriban azadlığa çıxacaq. Vəkilim də belə deyir, mən ona inanıram. Həyat yoldaşım haqsızlığa görə çox narahatdır”.

Hələ sağlığında ikən T.Hüseynov İ.Quliyevaya barışıq təklifi etmişdi. Amma qarşı tərəf bunu qəbul etməmişdi.

Bəs indi necə, barışıq məqsədi ilə T.Hüseynov İ.Quliyevanın oğlu O.Nadirova müraciət etmək barədə düşünürmü?

T.Hüseynov belə bir fikirdə olmadığını deyib: “Hələ sağlığında mən İlhaməyə başa salmağa çalışdım ki, həyat yoldaşımı nahaqdan türməyə saldırmısan. İlhamə mənə fikir vermədi. Onlar özləri arvadımı şərləyib, sonra da türməyə saldırdılar. Bunun üstündən durub onlara xahiş etməyin nə mənası var?”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm