Magazin1
Azərbaycandan erməni təxribatına görə Avropaya NOTA
Azərbaycan “İctimai televiziya “Eurovision” mahnı müsabiqəsində baş verən təxribatla əlaqədar Avropa Yayımları Birliyinə rəsmi nota göndərib. Gözləmək lazımdır, görək birliyin cavabı necə olacaq”.
Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycanın “Eurovision” mahnı müsabiqəsindəki nümayəndəliyinin rəhbəri Şaiq Məmmədov deyib.
O qeyd edib ki, istənilən halda ermənilərin tanınmamış, separatçı rejimin bayrağını zalda dalğalandırması "Eurovision"un qaydalarına ziddir. O deyib ki, ermənilərin bu təxribatı “Eurovision”a təhqirdir və komitənin qərarı yaxın vaxtlarda bilinəcək.
İctimai Televiziyanın direktor müavini Şaiq Məmmədov ötən gün də erməni nümayəndə heyətinin qondarma DQR bayrağını dalğalandırdığına görə etirazını bildirib.
Ötən gecə Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma Dağlıq Qarabağ rejiminin bayrağını yarışmanın keçirildiyi məkana gətirərək Avropa Yayımları Birliyinin qaydalarını pozub. Bu pozuntuya görə araşdırma aparılacaq.
İsveçin nüfuzlu gündəlik nəşrlərindən biri olan “Expressen” qəzeti də erməni təxribatını manşetə çıxarıb.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi