Magazin1
50 yaşında ana olan Nazənin və... – FOTOLAR
Ana olmaq hər bir qadının ən böyük arzusudur. Amma artıq qadınların çoxu, xüsusən də özünü karyerasına həsr edənlər daha gec ana olmağa üstünlük verirlər. Publika.az bu qadınların siyahısını təqdim edir:
Manana (1978)
Sevilən müğənni ikinci uşağını 35 yaşında qucağına alıb.
Aytən Səfərova (1972)
Məşhur aparıcı da 40 yaşından sonra ana olan qadınlar cərgəsinə daxildir. O, oğlunu 43 yaşında dünyaya gətirib.
Zülfiyyə Xanbabayeva (1967)
Xalq artistinin qızı Dəniz 2007-ci ildə – anasının 39 yaşı olanda dünyaya gəlib.
İradə İbrahimova (1980)
İ.İbrahimova oğlu Əlini 35 yaşında dünyaya gətirib.
Nazənin (1964)
Nazəninin hamiləlik xəbəri mətbuatda şok effekti yaratmışdı. Məsələ ondadır ki, müğənni 50 yaşında ana olub. Deyilənlərə görə, tanınmış ulduz süni mayalanma ilə uşaq sahibi olub.
Elmira Ələkbərzadə (1973)
Emma Ələkbərzadə həsrətində olduğu övlad payını 41 yaşında qucağına alıb.
Xoşqədəm Hidayətqızı (1974)
Aparıcı Xoşqədəm Hidayətqızı isə 42 yaşında əkiz oğul anası oldu. Məlumat üçün bildirək ki, aparıcının birinci nikahından 19 yaşlı oğlu var.
Mələykə Əsədova (1966)
Xalq artisti qızı Güləri 40 yaşında dünyaya gətirib.
Ruhi (1976)
Ruhi isə övlad sevincini 35 yaşında yaşayıb. Məşhurun əkiz oğulları 2012-ci ildə dünyaya gəlib.
Samirə Allahverdiyeva (1979)
Müğənninin oğlu ilə qızı arasında xeyli yaş fərqi var. S.Allahverdiyeva oğlunu gənc yaşlarda dünyaya gətirib, 33 yaşında isə qız anası olub.
Gülyanaq Məmmədova (1973)
Gülyanaq Məmmədova 3 uşaq anasıdır. Müğənni 3-cü övladını – oğlunu dünyaya gətirəndə 38 yaşı var idi.
Fatimə (1978)
Fatimənin də qızı ilə oğlu arasında yaş fərqi böyükdür. Rəqqasənin qızının 20, oğlunun isə 4 yaşı var. O, ikinci övladını 34 yaşında dünyaya gətirib.
Aytən
-
Magazin120:00"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Ekologiya19:55Nazirlikdən XƏBƏRDARLIQ - Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
-
Sosial19:12Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Ekologiya18:24Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Rəsmi xronika17:16Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:38“Mənim qızımı niyə gətirməmisən, görərdim” - Video
-
Rəsmi xronika15:09Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir - İlham Əliyev
-
Qoroskop15:00Kişilər bu bürclərin qadınlarına "yox" deyə bilmirlər





































