Xalq artistindən illər sonra İNANILMAZ ETİRAF: “Buna görə məni...”
Bizi izləyin

Magazin1

Xalq artistindən illər sonra İNANILMAZ ETİRAF: “Buna görə məni...”

“Heç vaxt biznes barədə düşünməmişəm, amma arzum olub ki, özümün estrada məktəbim olsun, gəncləri yetişdirim”.

Bunu Publika.az-a açıqlamasında Xalq artisti, illərin sənətkarı Mübariz Tağıyev deyib. Arzusunu dilə gətirən Xalq artisti təəssüf hissini də gizlətməyib: “Təəssüf ki, maddi cəhətdən buna imkanım yoxdur, amma öz məktəbimin olmasını çox arzulayıram. Bunun üçün “n” qədər vəsait lazımdır. Bu xasiyyətlə gedib kiməsə ağız açan da deyiləm ki, mənə kömək edin, istəyimi reallaşdırım. Çox vaxt özümlə mübarizə aparıram, özümə qarşı çıxıram. Çünki qocalıq elədir ki, qapını döyəndə gərək hazır olasan. Səndən sonra ailən, övladların, nəvələrin necə yaşayacaq, bunu düşünəsən. Amma mən heç vaxt dal günümü düşünməmişəm. İnanın ki, evimdə acından ölsəm, heç kim bilməyəcək. Qapı döymək mənlik deyil”.

Xalq artisti illərboyu ləyaqətini qoruyub saxladığını dilə gətirib: “Çalışmışam ləyaqətimi qoruyum. 50 ildə qazandıqlarımı bir saniyənin içində puç edə bilərəm. Amma əvəzində çox şeyi qurban vermişəm. Səbəbləri demirəm, amma elə məqamlar olub ki, içimə salmışam, bəlkə də buna görə məni infarkt vurub, öldürərdi, dayanmışam, dözmüşəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm