• USD 1,7000 0,00% EUR 1,8825 +0,04%
    • GBP 2,1197 +0,97% RUB 0,0266 +1,13%

Leyla Şıxlinskaya ittihamlara cavab verdi: “Onları cəzalandıracam…”

  • Magazin1
  • 10 Fevral 2017 17:15
  • 1 145 Baxış
Leyla Şıxlinskaya ittihamlara cavab verdi: “Onları cəzalandıracam…”

Neçə gündür dələduzluqda ittiham edilən xalq artisti Leyla Şıxlinskaya məsələyə münasibət bildirib.

Publika.az Teleqraf.com-a istinadən bildirir ki, o, açıqlamasında haqqında səsləndirilən ittihamları qəbul etməyib: “Haqqımda yazılanlar məni çox təəssüfləndirdi. Bunlar dəqiqləşdirilməmiş ittihamlardır. Jurnalistlərin bu hərəkəti çox xətrimə dəydi. Küçə qızı, model, müğənni deyiləm ki, haqqımda bu xarakterli xəbərlər yazılsın.

Neçə ildir bu məsələ ilə maraqlanan yoxdur. Səkkiz ildən sonra adıma ləkə gətirmək istəyirlər? Bu hadisə səkkiz il əvvəl baş verib. Mənə istifadə olunmayan bir tikilinin çardağını təklif etdilər. Balet məktəbi açmaq üçün bu çardağı almaq istəyirdim. Çardağın neçəyə olduğu ilə maraqlandım. Təmir edib orda qızlar üçün balet məktəbi açacaqdım. Məndən 1 milyon 250 min rubl pul istədilər.

Mən hazırda əməliyyatdan çıxmışam. Xəstəxanada yatıram və haqqımda yazılan bu cür yazıları görəndə çox üzülürəm”.

Leyla Şıxlinskaya sözügedən ittihamlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də deyib: “Hazırda səhhətimdə ciddi problemlər var. Özümə gələn kimi bu əsassız ittihamları irəli sürən şəxs və müəllifləri tapıb onlara hüquqi müstəvidə sözümü deyəcəm. Mən onları ən azından şərəf və ləyaqətimin təhqir olunmasına görə ciddi şəkildə cəzalandıra bilərəm.

Siz mənim sözügedən çardağın sənədləri, müqavilələri ilə bağlı hər hansı bir sənəddə imzamı görmüsünüz? Kor-koranə belə bir ittiham necə irəli sürmək olar? Bu məlumat ilk dəfə Moskva mətbuatında işıqlanıb. Mən nə bilə bilərəm kimin orda kiminlə nə haqq-hesabı var? Kim kimin düşmənidir? İllər sonra belə bir ittihamın irəli sürülməsi məqsədyönlü şəkildə atılan addımdır. Bu sarı mətbuatın oyunlarıdır.

Mənə bir sübut göstərin. Hansısa axmaq özündən nəsə uydurubsa, zəng vurub, bu haqda bir rəy almaq lazımdır. Gözüyumulu xəbər yazmaq olmaz. Heç ilk yazının yazanın kim olduğu da məlum deyil. Müəmmalı bir soyadla yazılıb. Mənim adım nəinki dələduzluqda, heç bir pul problemində hallanmayıb. Məqalədə qeyd edilir ki, mənzilə 500 milyon rubl (təxminin 15 milyon manat) ödəmişəm. Mənim o qədər pulum yoxdur”.

Ötən gün Rusiya mətbuatında Moskvanın Petrovka küçəsində elit binada yerləşən mənzilin saxta sənədlərlə Azərbaycanın xalq artisti Leyla Şıxlinskaya tərəfindən alındığı barədə məqalə dərc edilib. İddiaya görə, xalq artisti mənzilə 500 milyon rubl (təxmini 15 milyon manat) ödəyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR