• USD 1,7000 0,00% EUR 1,8766 -0,24%
    • GBP 2,1213 -0,07% RUB 0,0264 0,00%

Lüt soyunan Afaq: “O qədər atəşli xanımam ki, o belə məni soyutmaz” - FOTO/VİDEO

  • Magazin1
  • 14 Fevral 2017 12:36
  • 12 270 Baxış
Lüt soyunan Afaq: “O qədər atəşli xanımam ki, o belə məni soyutmaz”

Müğənni Afaq Aslanın yeni görüntüləri yayıldı.

“ARB Ulduz”un “Şou-məkan” verilişinin növbəti qonağı, son zamanlar cəsarətli foto və videoları ilə gündəmi zəbt edən müğənni Afaq Aslan olub.

Yeni fotosessiyaları ilə partlayış edən, qalmaqalsız bir günü olmuyan müğənni, yeni və ekskluziv açıqlamaları ilə diqqət çəkib: “Verdiyim vədlərlə bağlı olan layihəmiz işıq üzü görəcək. İnanıram ki, bu layihə Azərbaycanda bomba kimi partlayacaq. Hər zaman olduğu kimi cəsarətli addımlarımla çoxlarından seçilirəm. Elə bir layihəyə imza atmışıq ki, dünya ulduzlarının etdikləri layihələrlə ayaqlaşa bilcək bir işdir”.

Afaq Aslan qapalı məkanda açıq-saçıq pozlar verdiyi foto və videolarla xeyli iddialı görünür: “Həm şəkillər, həm də kadrarxası video-görüntülər var. Məni elə bir fərqli obrazda görəcəksiz ki, indiyə kimi elə görməmisiz. Qarın içində mən elə bir geyimdə gəzirdim ki, qıraqdan baxsaydız, deyərdiz ki, bu, çəkilişdən sonra 3 gün yataqda yatacaq”.

Yəqin ki bu görüntülərdən sonra həmin xanımın adı dillərə dastan olacaq: “Budəfəki çəkilişdə mənə çox yaxından kömək olan Nigar xanımı demək olar ki, mən kəşf etmişəm. Ümid edirəm ki, bu fotosessiyadan sonra onun adı dillər əzbəri olacaq və hər zaman özünə də deyirəm ki, mənəm-mənəm deyən fotoqraflar səni özünə böyük rəqib görəcəklər”.

Müğənni etiraf etdi ki, onun bundan öncəki fotosessiyasını həyata keçirən fotoqrafın başına nə gəldisə, hələ də ondan xəbər-ətər yoxdu: “Mənim sonuncu fotosessiyamı həyata keçirən fotoqraf həmin şəkiləri işləyəndə infarkt keçirdi, başına hava gəldi. O fotosessiyadan sonra nə telefona cavab verir, nə də mesaja. Şəkillər də getdi, özü də rəhmətə getdi”.

Afaq, camaat altan geyinib üstdən qıfıllanır. Bəs, sən düzün düzəngahında o qədər soyuq havada heçmi üşümədin?

“Əslində, üşüdüm. Ancaq fotosessiyalarıma o qədər həvəslə yanaşıram ki, soyuq gözümə görünmürdü. Yalnız bir şeyi düşünürdüm ki, beynimdəki o ideyanı tamaşaçılara çatdırmalıyam. Mən o qədər atəşli bir xanımam ki, qarın soyuqluğu belə məni soyutmaz”.

Müğənniyə xarici ölkələrdən gələn təkliflər isə günbəgün artır, lakin Afaq hələ də təkliflər üzərində fikirləşib bir qərar verə bilmir:

“Xarici ölkələrdən çox təşkiflər gəlir. Türkiyədən əvvəl çox təklif gəlirdi. İndi Dubaydan gəlir. Bu yaxınlarda Alma-Atıdan bir təklif gəldi. Məni daha çox ərəb qızlarına bənzədirlər. Hazırda təkliflər üzərində çalışırıq”.

Afaq Aslanı öz həyat yoldaşna qısqanan bəzi qadınlar belə desək, müğənnini özləri üçün qanlı-bıçaqlı düşmən gözündə görürlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR