Komaya düşən meyxanaçıdan ŞAD XƏBƏR
Bizi izləyin

Magazin1

Komaya düşən meyxanaçıdan ŞAD XƏBƏR

Hamımızı tanıyır, söhbət edir.

Bir müddət əvvəl beyninə qan sızan və Mərkəzi Klinik Xəstəxananın reanimasiyasına yerləşdirilən tanınmış meyxanaçı Ağakərim (Kərim Novruzov) artıq palataya köçürülüb.

Bu barədə meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib.

O bildirib ki, dünən günortadan sonra onun səhhətində yaxşılaşma hiss olunub: “Dünən reanimasiyadan çıxardılıb, palataya köçürülüb. Özünü çox yaxşı hiss edir. Ayağa da qalxıb. Huşunu da itirməyib. Hamımızı tanıyır, söhbət edir”.

Ağakərimin bacısı oğlu bildirib ki, meyxanaçı yaxın günlərdə evə buraxılacaq: “Həkimdən olsa günü sabah onu ev buraxar. Sadəcə biz istəyirik 3-4 gün palatada qalsın. Tamam sağalsın, sonra evə aparaq”.

O, həmçinin bəzi saytların tiraj xətrinə yalan xəbərlər yazmasına da etiraz edib: “Səhərdən mənim də, dayımın da telefonu dayanmır. Yalan xəbər yazmasınlar, dayım sağ-salamatdır”.

Qeyd edək ki, bu gün bəzi KİV-lər meyxanaçı Ağakərimin dünyasını dəyişdiyi barədə məlumat yayıblar.

Xatırladaq ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb. (lent.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm