"Düşün məni" mahnısı ilə inanılmaz REKORD qıran Elvin Mirzəzadə: “Balta vurmağa...” - - VİDEO
Bizi izləyin

Magazin1

"Düşün məni" mahnısı ilə inanılmaz REKORD qıran Elvin Mirzəzadə: “Balta vurmağa...” - - VİDEO

Müğənni Elvin Mirzəzadənin “Düşün məni” adlı mahnısı 10 gün ərzində yutub kanalında 1 milyona yaxın izlənilərək rekord qırıb.

İfaçı bu uğuru barədə Publika.az-a açıqlama verib. O, bildirib ki, kompozisiyanı bəyənənlər çoxluq təşkil etsə də, bəyənməyənlər də olub:

“Mahnının uğur qazanacağını bilirdim. Odur ki, onu yayın sonunda təqdim etdim. Tənqidlərə hazıram. Çünki bilirəm ki, tənqid varsa, deməli müəyyən uğur əldə olunub. Hər halda bu gün insanların 80%-inin musiqi zövqünə uygun olan bir mahnı ərsəyə gəlibsə, xırda nüanslara girib boşuna balta vurmağa ehtiyac yoxdur. İllər ötür, zaman dəyişir. Zaman keçdikcə zövqlər və düşüncələr də dəyişir”.

Elvin Mirzəzadə bildirib ki, mahnının sözləri və musiqisi Elməddin Səfərliyə aiddir:

“Elməddin gözəl ürəyə sahib olan dostumuzdur. “Düşün məni”nin sözləri təsirlidir. Müəllif onu nələrdənsə təsirlənərək yazıb. Mahnını yaşamaq, canlandırmaq mənim üzərimə düşürdü. İnanıram ki, bunu bacardım. Lakin bu cür mahnıları həmişə qələmə almaq olmur. Loru dildə desək, “tutuzduran” mahnı yaza bilmir. Elməddin Səfərlinin bəyəndiyim mahnısı olarsa, gələcəkdə də onunla iş birliyimiz davam edəcək”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm