“Müharibə olsa, milləti satarsınız” – Nura Suri onları yıxıb-sürüdü
Bizi izləyin

Magazin1

“Müharibə olsa, milləti satarsınız” – Nura Suri onları yıxıb-sürüdü

Müğənni Nura Suri feysbuk hesabında yazdığı statuslarla diqqət çəkib.

Publika.az xəbər verir ki, ad günündən videolar paylaşan ifaçı 11 il öncə xoş anlarında yanında olan bəzi şou nümayəndələrini nəzərdə tutaraq bunları yazıb:

“Mən həmin Nurayam. Hamı dəyişdi, ancaq mən dəyişmədim. İlk addımlarımı səhnəyə atandan sənət adamları tərəfindən hörmət və sevgi ilə qarşılandım. Sonradan çoxu dəyişdi, iç üzləri ortaya çıxdı. Haqqımda mənə yaraşmayan sözlər danışıldı. Mən yenə dəyişmədim. Valideynlərimin kimliyi bəlli, həyat tərzim göz önündə. Artıq-əskik danışanlar dönüb baxsınlar hardan və necə gəliblər. Camaatın sözünü danışanda deyirlər “filankəs pozğundur, narkomandır, işverəndir” və s. Siz sual vermişiniz ki, “Harada görmüsən”. Gözlə görmədiyin bir hadisəni niyə tam əminliklə kiməsə danışasan ki? Lap elə kimsə bir qələt edib yanında, sizə olduğunuzdan artıq dəyər verib, inanıb, yaxşı insan bilib. Xəbərçilik edəndə nə qazanırsınız? Müharibə olsa, sizə “xox” edən kimi milləti satarsınız. Lap elə kimsə pisdir, sizə nə dəxli? Niyə yanırsınız? İşiniz-gücünüz yoxdur? Deyilənə görə bu gün 8 bal gücündə zəlzələ olacaq. Qırılın!”

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm