Nigar Camaldan İNANILMAZ HƏRƏKƏTLƏR: qarşısına çıxan kişiləri bir-bir ƏZİŞDİRDİ - VİDEO
Bizi izləyin

Magazin1

Nigar Camaldan İNANILMAZ HƏRƏKƏTLƏR: qarşısına çıxan kişiləri bir-bir ƏZİŞDİRDİ - VİDEO

Avroviziya qalibimiz Nigar Camal “Kəklikotu” adlı komediya filminə çəkilib.

Publika.az xəbər verir ki, ekran işində Arzu obrazını canlandıran ifaçı bu rol üçün xeyli çalışmalı olub. Azərbaycanlı kaskadyorlar qrupuyla məşqlər edən N.Camal cəsarətli döyüş səhnələri ilə diqqət çəkəcək. Hazırlıq prosesindən yayılan görüntülər isə indidən tamaşaçıların marağına səbəb olub.

Həmçinin filmdə tanınmış simalarda yer alıb. Onların sırasında aktyorlar Kamran Ağabalayev, İslam Mehrəliyev, Müşviq Şahverdiyev, Fərda Xudaverdiyev, Elcan Rəsulov, Rövşən Məmmədli, Əlixan Rəcəbov, rejissor Aqil M.Quliyev və başqaları var.

Qeyd edək ki, “Cinemzadeh” studiyası tərəfindən çəkilən filmin baş redaktoru Xətai Əlidir. Rejissorları isə Cəfər Axundzadə və Vüqar İslamzadədir.

Ekran işi bu ilin sonunadək kinoteatrlarda öz yerini alacaq.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm