33 yaşlı Cavid Gülün “Məşhur gəlin”i: “Yanvar ayında...”
Bizi izləyin

Magazin1

33 yaşlı Cavid Gülün “Məşhur gəlin”i: “Yanvar ayında...”

Bu gün tanınmış aparıcı Cavid Gülün doğum günüdür.

Publika.az xəbər verir ki, ad gününü qeyd edən məşhur açıqlama verərək aparıcılıqdan uzaqlaşdığını deyib:

“Bir müddətlik aparıcılıqdan uzaqlaşmışam. Hazırda film çəkirəm. “Məşhur gəlin” adlanır. Filmə Afaq Gəncəli, Kamil Zeynallı, Şəhriyar Əbilov, Elariz Məmmədoğlu, Roza Zərgərli, Mətanət Əliverdiyeva, Nərgiz Mamedova və digər məşhurlar çəkilib.

Ekran işi komediya janrındadır. Rejissoru Rəfail Bağıroğlu, filmin rəhbəri isə mənəm. Yanvar ayında təqdimat etməyi planlaşdırırıq. Əsas iki böyük səhnəmiz qalıb, havalar düzələn kimi çəkilişləri tamamlayacağıq”.

33 yaşını tamalayan aparıcı instaqram hesabında isə onu təbrik edənlərə təşəkkür edib:

“Təbrik edənlər də, etməyənlər də sağ olsun. Bu 33 ilimdə xoş söz deyənlər də, kefimi pozanlar da, aramızda olmadığı üçün heç nə deyə bilməyənlər də oldu. Həmişə yeni yaşıma xoş xəbərlərlə başladım, ancaq bu dəfə fərqlilik oldu. Bəlkə də, bu fərqlilik xeyirimə oldu”

Qeyd edək ki, Cavid Gül BDU-nun jurnalistika fakultəsinin məzunudur. O, bir çox yerli telekanalda aparıcı vəzifəsində çalışıb.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm