Magazin1
Emin Ağalarov onun üçün göz yaşlarını SAXLAYA BİLMƏDİ - VİDEO
Emin Ağalarov Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsertində göz yaşlarını saxlaya bilməyib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, oktyabrın 21-də böyük musiqiçi Müslüm Maqomayevin 75 illiyinə həsr olunmuş konsert proqramı keçirilib. Azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov konsertdə Müslüm Maqomayevin "Синяя вечность" (Mavi əbədiyyət) mahnısını Sergey Volçkov, Aleksandr Panayotov və Tamara Qverdçiteli ilə birlikdə səsləndirib.
Mahnı bitdikdən sonra zalda olan bütün tamaşaçılar ayağa qalxaraq M.Maqomayevin ruhunu alqışlarla yad edib. Emin Ağalarov isə göz yaşlarını saxlaya bilməyib. Müğənni şəxsiyyətinə və yaradıcılığına pərəstiş etdiyi musiqiçi haqqında “Moskva-Bakı” portalına müsahibə verib. O, müsabəsində dahi Müslüm Maqomayev üçün çox darıxdığını etiraf edib:
“O, həmişə mənimlədir: konsertlərimdə, yolda, repertuar və stil seçimimdə. Hərdən həyat yoldaşı Tamara Sinyavskaya ilə mənə elə gəlir ki, o, indi də hansısa formada iştirak edir, məni musiqi xətti ilə aparır”.
Aytən
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?